Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Urmiyədə “farsa ölüm” şüarı səsləndirdi (video)
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz > Urmiyədə “farsa ölüm” şüarı səsləndirdi (video)

Urmiyədə “farsa ölüm” şüarı səsləndirdi (video)


Urmiyədə bu şəhərin “Şəhrdari” voleybol komandası ilə “Sərmayə bankı” takımı arasında müsabiqə keçirilib.
Super liqa rəqabətləri çərçivəsində keçirilən müsabiqə oktyabrın 21-i (mehrin 29-u) Qədir stadionunda baş tutub.

(3 – 1) hesabı ilə Urmiyə komandasının xeyirinə yekunlaşan müsabiqə tamaşaçıların böyük coşqusuna səbəb olub. Məlumata görə, 6000 nəfər tutumu olan stadion tamaşaçılarla dolub və bundan sonra müraciət edən təxminən min nəfər stadiona daxil ola bilməyib.

Tamaşaçılar keçmiş müsabiqələr kimi yenə də Azərbaycan türklərinin milli və mədəni hüquqlarının təmini və Urmu gölü böhranı ilə bağlı “Türk dilində mədrəsə - Olmalıdır hər kəsə”, “Gəlin gedək ağlayaq – Urmu gölünü dolduraq” və s. kimi şüarlar səsləndiriblər. Həmçinin tamaşaçılar bir sıra tənqidlərə səbəb olan daha bir şüar da səsləndiriblər. Ötən il son müsabiqədə Tehranda təhlükəsizlik qüvvələri tərəfindən döyülən “Şəhrdari” tərəfdarları qəzəblənərək “farsa ölüm” şüarını da dilə gətiriblər. Onlar İran Voleybol Federasyonunu, bu komandanın ötən il qalib gəlmədiyində müqəssir elan ediblər.

Şahidlərin dediyinə görə, milli və mədəni şüarların səsləndirildiyi stadionda təhlükəsizlik qüvvələri hərəkətə keçib və “Şəhrdari” tərəfdarlarından ikisi hökumət qüvvələri tərəfindən tutulub.

VİDEO:


Geri dön