Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Dünyaşöhrətli ərdəbilli idmançı Türkiyə bayrağını təhqir etməyib
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz > Dünyaşöhrətli ərdəbilli idmançı Türkiyə bayrağını təhqir etməyib

Dünyaşöhrətli ərdəbilli idmançı Türkiyə bayrağını təhqir etməyib


Anti-türk jurnalist 14 ildən sonra ifşa oldu



Bir anti-türk jurnalist tərəfindən yayılan xəbərin əsl mahiyyəti 14 il sonra məlum olub.
14 il öncə ağırlıq qaldırma üzrə dünya çempionu seçilən ərdəbilli idmançı Hüseyn Rzazadə haqqında yayılan bir xəbər yenidən gündəmə gəlib. Dönəmin ən məşhur idmançısı kimi ölkə gündəmini zəbt edən H.Rzazadə İran mətbuatı tərəfindən alqışlandı, lakin ölkə mediasının bu vəziyyətdən türk kimliyinə qarşı bir fürsət kimi faydalandığı da üzə çıxıb. Mətbuatda yayılan məlumatda bildirildi ki, “Türkiyə H.Rzazadəyə 10 milyon dollar pul müqabilində bu ölkədə idmanla məşğul olmaq və vətəndaşlıq almağı təklif edib. Lakin ərdəbilli idmançı təklifə mənfi cavab verib və bildirib ki, hətta dünyanı mənə versəniz, yenə də Türkiyə bayrağı altına girmərəm!”

14 il sonra “Vərzeşe 3”-də yayılan məlumat, bu xəbərin təmami ilə həqiqətdən uzaq olduğunu üzə çıxarıb. Məlumata görə, Ağırlıq Qaldırma Federasyonunun rəisi Əli Muradi uçaqda Nəim Süleyumanoğlu ilə H.Rzazadə arasında gedən söhbətin məzmununu açıqlayıb. O qeyd edib ki, “N.Süleymanoğlu H.Rzazadəyə sadəcə Türkiyə klublarının müsabiqəsində iştirak etməyi təklif edib və Türkiyə vətəndaşlığı ilə bağlı ümumiyyətlə söhbət olmayıb. Lakin uçaqda olan jurnalistlərdən biri H.Rzazadənin karyerasını yüksəltmək və Bədən Tərbiyəsi Təşkilatını çempionlara dəstək verməyə təşviq etmək məqsədi ilə belə bir xəbər yayıb.”

Xatırladaq ki, 14 il öncə Türkiyə bayrağı ilə bağlı yayılan qərəzli xəbər milyonlarla Azərbaycan türkünün narahatlığına səbəb olması ilə yanaşı dünyaşöhrətli bir idmançımıza qarşı mənfi fikir formalaşdırmışdır. İran mətbuatı Azərbaycan türklərinə qarşı bu kimi taktikalardan zaman-zaman istifadə edir.

Geri dön