Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Fərəc Quliyevin Parlamentdə irəli sürdüyü elm, təhsil və gənclər siyasəti ilə bağlı təkliflər
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, Özəl xəbər, Fərəc Quliyev > Fərəc Quliyevin Parlamentdə irəli sürdüyü elm, təhsil və gənclər siyasəti ilə bağlı təkliflər

Fərəc Quliyevin Parlamentdə irəli sürdüyü elm, təhsil və gənclər siyasəti ilə bağlı təkliflər


1 noyabr 2015-ci il tarixində keçiriləcək Parlament seçkilərində 31 saylı Suraxanı ikinci seçki dairəsindən namizədliyi irəli sürülmüş Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, millət vəkili Fərəc Quliyev 2010-2015-ci illərdə Milli Məclisdə deputatı kimi 5 illik parlament fəaliyyəti dövründə keçirilmiş 114 iclasda 105 təkliflə çıxış etmişdir.
Həmin təkliflərin bir qismini ixtisarla hissə-hissə diqqətinizə çatdırırıq və hər birinin həyata keçib, keçməməsi barədə məlumat veririk.
Fərəc Quliyevin elm, təhsil və gənclər siyasəti ilə bağlı səsləndirdiyi təkliflərdən 7-ni seçib təqdim edirik:


Təhsillə bağlı verilən təkliflər:

Təhsil büdcəsinin artırılması təklifi
- Gələn ilin dövlət büdcəsində təhsil xərcləri 3,5 faiz artıb. Dövlət büdcəsinin 2015-ci il üçün proqnozlaşdırılan gəliri 2014-cü ilin proqnozu ilə müqayisədə 5,7 faiz çoxdur.Təhsil sistemində aparılan islahatlara stimul vermək vacibdir. Ona görə dövlət büdcəsində təhsil xərclərinin 3,5 faiz artırılması qənaətbəxş sayıla bilməz.
(Hələlik həyata keçirilməyib)

***

Xaricdə təhsilin genişləndirilməsi təklifi
- 2007-2015-ci illərdə Azərbaycan gənclərinin xaricdə təhsili Dövlət Proqramının maliyyələşdirilməsinə ayrılan vəsaiti ən azı 2 dəfə artırmaqla xaricdə təhsil alan tələbələrə hər tərəfli dəstək ola bilərik.
(Hələlik həyata keçirilməyib)

***

Təhsilin inkişafına maddi dəsətəyin verilməsi təklifi
- Təhsilin inkişafı üçün möhkəm maddi-texniki bazanın yaradılmasına diqqət göstərilməli və buna vəsait ayrılmalıdır.
(Qismən həyata kecirilib)

***


Alimlərlə bağlı verilmiş təkliflər:

Xaricə beyin axınının qarşısını alan konseptual təklif
- Azərbaycandan beyin axınının səbəbini aradan qaldırmaq üçün ziyalı potensiyalının hüquqlarının qorunması və ziyalı axını zamanı xaricdə toplaşmış intellekt potensialımızın kadr bankının hazırlanması və onların vətənə qayıtması proqramını müvafiq orqanlara tövsiyyə edəcək sənədləri hazırlamaqla ziyalı hüquqlarını müdafiə etmək lazımdır.
(Hələlik həyata keçirilməyib)

***

Alimlərin və elmi işçilərin əmək haqlarının yüksəldilməsi təklifi
- Təklif edirəm ki, növbəti ilin büdcəsində Milli Elmlər Akademiyasında çalışanlar, eyni zamanda təhsil sahəsində işləyənlər üçün nəzərdə tutulan vəsait artırılsın. Akademiyada işləyən alimlərin stimullaşdırılması üçün büdcədən müəyyən qədər vəsait nəzərdə tutulub. Amma ali məktəblərdə işləyən alimlər üçün bu nəzərdə tutulmayıb. Hesab edirəm ki, büdcədə ali məktəbdə işləyən alimlərin də stimullaşdırılmasını nəzərdə tutulmalıdır.
(Qismən həyata keçirilib)

***


Gənclik siyasəti ilə bağlı verilmiş təkliflər:

Kadr banklarının yaradılması təklifi
- Rusiyadakı vəziyyətlə bağlı soydaşlarımızın xeyli hissəsi Azərbaycana qayıdır. Onlara dövlətin dəstək çıxması və faydalı çalışdırılması üçün qənaət olunmuş vəsait hesabına bir Fond yaratmaq mümkündür. Təklif edirəm ki, Rusiyadan qayıdan soydaşlarımız müvafiq icra hakimiyyəti orqanlarından birinin, məsələn Dövlət Miqrasiya Xidməti İdarəsinin nəzdində yaradılmış kadr banklarında qeydiyyata alınsın. Soydaşlarımız əyalətlərdə iş qurmaqla bağlı layihələrini təklif olunan Fonda təqdim edərək həm öz vəsaitlərini qoymaqla və bu fonddan da müəyyən dəstək almaqla iş qursunlar. Bu əyalət siyasəti, qeyri-neft sektorunun inkişafına ciddi təkan olar.
(Hələlik həyata keçirilməyib)

***

Tələbə yataqxanalrının bərpası təklifi
- Hazırda tələbə yataqxanaları məsələsi ən ağrılı problemlərdən biri olaraq qalır. Xüsusilə ali məktəblərə qəbul olunanan tələbələrin yataqxanalarla təminatı məsələsi daha qabarıq şəkildə üzə çıxır. Bütün valideynlərin övladlarını kirayə evlərdə yaşayışla təmin etməyə imkanı yoxdur. Ona görə də təklif edirəm ki, tələbə yataqlarxanalarında yaşayan məcburi köçkünlərin köçürülməsi, həmin yataqxanaların təmir edilməsi və yenilərinin tikilməsinə əlavə vəsait ayrılsın.
(Qismən həyata keçirilib və hökumətin proqramına daxil edilib)

Geri dön