Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Türkiyə-Fransa qarşıdurması NATO-nu parçalayır
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm > Türkiyə-Fransa qarşıdurması NATO-nu parçalayır

Türkiyə-Fransa qarşıdurması NATO-nu parçalayır


Fransa Senatında “erməni soyqırımı”nı inkar edənlərin cəzalandırılması haqda qanunun qəbulu Türkiyənin NATO-dan uzaqlaşması ilə nəticələnə bilər. Bu haqda Türkiyənin diplomatik mənbələrindən məlumat daxil olub. Məlumatda qeyd edilir ki, Fransanın Türkiyəyə qarşı atdığı bu addımdan sonra qardaş ölkənin hakim dairələrində Sarkozi kimi ermənipərəst birisinin rəhəbrlik etdiyi dövlətlə eyni təşkilatda təmsil olunub-olunmamaqla bağlı müzakirələr aparılıb.

Nəticədə Türkiyənin NATO ilə əməkdaşlıqdan imtina etmək məsələsinin gündəmə gəldiyi vurğulanır. Qeyd edək ki, Fransa Senatında adıçəkilən qanunun qəbul olunandan sonra Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu Moskvaya gələrək rusiyalı həmkarı ilə görüşüb. Daha sonra Türkiyə və Rusiya rəsmiləri Bəşər Əsədin hakimiyyətdən getməsi üçün Suriyaya xarici müdaxilənin yolverilməz olduğu ilə bağlı birgə açıqlama veriblər. Bundan başqa, Türkiyə uranın zənginləşdirilməsi iddialardından əl çəkməyən İrana qarşı da hərbi müdaxilənin əleyhinədir.
Mənbə qeyd edir ki, son günlər Türkiyə tərəfinin həm Rusiya, həm də İran rəsmiləri ilə apardığl müzakirələrdə yeni əməkdaşlıq formasının tapılması da gündəmdə olub. Bu səbəbdən Türkiyə-Rusiya-İran üçlüyünə bir sıra beynəlxalq məsələlərdə ABŞ-ın, eləcə də BMT Təhlükəsizlik Şurasının qərarlarının əleyhinə çıxan Çinin də qoşulacağı istisna olunmur. Amma əsas məsələ Türkiyə ilə NATO-nun bundan sonrakı münasibərtlərinin taleyidir.

Geri dön