Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Türkiyəli professor: ATƏT DTİHB-nin qərarı Azərbaycanda seçki prosesinin gedişinə təsir edə bilməz
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Türk dünyası-Turan > Türkiyəli professor: ATƏT DTİHB-nin qərarı Azərbaycanda seçki prosesinin gedişinə təsir edə bilməz

Türkiyəli professor: ATƏT DTİHB-nin qərarı Azərbaycanda seçki prosesinin gedişinə təsir edə bilməz


“ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun (DTİHB) Azərbaycandakı seçkiləri izləmək üçün müşahidə missiyası göndərməməsi seçki prosesinin gedişinə təsir edə bilməz”. Bu barədə Seçki-2015.az saytına açıqlamasında Ankara İqtisadiyyat və Texnologiyalar Universitetinin professoru, beynəlxalq məsələlər üzrə ekspert Toğrul İsmayıl deyib.

Onun sözlərinə görə, beynəlxalq güclərin maraqlarının xidmətçisinə çevrilən bu cür təşkilatlar və institutlar üçün demokratiya, insan haqları çox da maraqlı deyil: “DTİHB-ni Azərbaycandakı demokratik vəziyyət deyil, Qərbin maraqlarının gələcək taleyi düşündürür. Xüsusilə də seçkidən əvvəl və sonrakı dövrdə bu qüvvələrin təzyiq cəhdləri artır”.

T.İsmayıl Azərbaycana qarşı bu münasibətin ikili standartlardan irəli gəldiyini qeyd edib: “Göründüyü kimi, bu qüvvələr üçün şəxsi və qrup maraqları demokratiyadan da, insan haqları kimi ali dəyərlərdən də vacibdir. Artıq bu ali dəyərlər Azərbaycana təzyiq üçün bir alətə çevrilib”.

Bu cür təzyiqlərlə onların heç nəyə nail olmayacaqlarını deyən T.İsmayıl bildirib ki, indiyə qədər Azərbaycana qarşı edilən təzyiqlərin heç bir nəticəsi olmayıb, bundan sonra da olmayacaq: “Əksinə, getdikcə bu qüvvələrin məqsədləri ifşa olunur. Hesab edirəm ki, Azərbaycan bu seçkiləri də normal şəraitdə keçirə biləcək”.

Ekspert seçkilərdə iqtidar partiyasının daha şanslı olduğunu bildirib.

Geri dön