Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Sağlamlıq imkanları məhdud uşaqların sayı 35 faizədək azalıb
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Sağlıq > Sağlamlıq imkanları məhdud uşaqların sayı 35 faizədək azalıb

Sağlamlıq imkanları məhdud uşaqların sayı 35 faizədək azalıb


Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) tərəfindən tibbi-sosial ekspertiza və reabilitasiya xidmətində şəffaflığın təmin olunmasına nəzarətin gücləndirilməsi uşaqlar arasında sağlamlıq imkanları məhdud hesab edilənlərin sayının da azalması ilə müşahidə olunur.

ƏƏSMN İctimaiyyətlə əlaqələr şöbəsi məlumat verir ki, cari ilin yanvar-sentyabr aylarında nazirliyin Tibbi-Sosial Ekspert Komissiyalarında ilkin olaraq sağlamlıq imkanları məhdud hesab edilən 18 yaşadək uşaqların sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 3 min nəfərə yaxın və ya 35 faizədək azalıb. Bu dövrdə sağlamlıq imkanlarının məhdudluğu müəyyən edilənlər sırasında ilkin olaraq sağlamlıq imkanları məhdud hesab edilənlərin xüsusi çəkisi 35,7 faizdən 23,7 faizə enib.

Qeyd olunan uşaqların bərpa-müalicəsi istiqamətində də müvafiq işlər aparılır. Cari ilin ötən dövründə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən ötən illə müqayisədə 52,1 faiz çox şəxsin, yəni 245 nəfərin xaricdə bərpa müalicəsi təşkil edilib ki, onlardan 130 nəfəri (53%) sağlamlıq imkanları məhdud uşaqlar olub. Bu da ötən illə müqayisədə 52,9 faiz çoxdur. Həmin uşaqlar valideynlərindən birinin müşaiyəti ilə Türkiyə Respublikasının Dənizli bölgəsindəki Nobel Tibb Mərkəzinə göndərilərək ixtisaslaşmış bərpa müalicəsi kursu keçiblər.

Cari ilin 9 ayında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin bərpa-müalicə müəssisələrində müvafiq xidmətlərlə təmin olunan 5 min nəfərə yaxın və protez-ortopedik bərpa xidməti göstərilən 7,2 min nəfərə yaxın şəxslərin bir hissəsini də sağlamlıq imkanları məhdud uşaqlar təşkil edib. Bununla yanaşı, hazırda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Bakı şəhərindəki Uşaq Bərpa Mərkəzində müasir tələblərə uyğun şəraitin və qabaqcıl təcrübə əsasında reabilitasiya sisteminin yaradılması işləri aparılır.

Geri dön