Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Siyasət, Gənclik, Müsahibə, Siyasi partiyalar > Həbib Ələkbərsoy: “Biz hələ millət vəkili anlayışını müzakirə edirik...”
Həbib Ələkbərsoy: “Biz hələ millət vəkili anlayışını müzakirə edirik...” |
Həbib Ələkbərsoy: “Sadəcə millət vəkili cavabdeh qurumların fəaliyyətinə nəzarət mexanizmini düzgün qurmalıdır.”
Müsahibimiz bu il Milli Məclisə keçiriləcək seçkilərdə 9 saylı Binəqədi ikinci seçki dairəsindən Milli Dirçəliş Hərəkatı Partiyası tərəfindən deputatlığa namizədliyi irəli sürülmüş Həbib Ələkbərsoydur (Ələkbərov Həbib Müzəffər oğlu). Namizədliyinin qeydə alınması mətbuatda və ictimaiyyətdə ən rəğbətlə qarşılanan və ən geniş işıqlandırılan namizədlərdən biri olan Həbib Ələkbərsoy nüfuzlu yazar, ictimaiyyətçi, iqtisadçı ekspert, siyasətçi, türkçülük ideologiyasının və Bütöv Azərbaycan məfkurəsinin aparıcı simalarındandır. Həbib Ələkbərsoy dövlət orqanlarında vəzifələrdə çalışmış, bir neçə nüfuzlu qəzet və saytlara rəhbərlik etmiş və bir neçə telelayihənin layihə rəhbəri və məsləhətçisi olmuşdur. Türk millətçisi kimi tanınan H.Ələkbərsoy 1999-cu ildə yaranmış Gənc Türklər Hərəkatının, daha sonra isə həmin hərəkatın bazası əsasında yaranmış Türk Hərəkatı İctimai Birliyinin sədridir. Sayokan Türk Döyüş Sənəti üzrə Respublika birincisi olub. Azərbaycan Alpağut İdman Federasiyasının idarə heyətinin üzvüdür. Milli Dirçəliş Hərəkatı Partiyasında İdeoloji işlər üzrə sədr müavinidir. - Həbib bəy, millət vəkilliyinə namizədsiniz. Gənc namizəd kimi sizin millət vəkili anlayışını dəyərləndirməniz maraqlıdı. Millət vəkili necə olmalıdır. Sizcə onun ən əsas vəzifəsi hansı təmələ söhkənməlidir? - Əslində bu sualın namizədə verilməsi bizim cəmiyyətdə baxın bir hansı problemlərin olması deməkdir?! Biz hələ də millət vəkili anlayışını müzakirə edirik... Millət vəkili birinci millətin və dövlətin maraqlarını qorumağı və təmsil etməyi bacaran bir iradəyə sahib olmalı, eyni zamanda əhalinin sosial problemlərinə diqqətlə yanaşmalı və seçildiyi ərazinin sakinlərinin hökumət yanında vəkilliyini etməyi bacarmalıdır. Bu sadaladıqlarım şərtdir. Yəni, millət vəkili bu sadaladıqlarımla bağlı cavabdehdir. Adında deyildiyi kimi: millət vəkili – bu vəkillik millət üçündür, istər hansısa ərazinin sakinləri olsun, istər də dünya arenasında. Bu gün Milli Məclisdə olduqca layiqli millət vəkillərimiz, hətta vəzifələrindən artıq iş görən deputatlarımız az deyil. Amma, bununla belə üzərinə düşən vəzifəni bacarmayanlar və ya missiyasını bacarıb, lakin yerinə yetirməyənlərlər də az deyil. Qeyd edim ki, mənsub olduğum Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, millət vəkli Fərəc Quliyevi bir çox tədbirlərdə Bütöv Azərbaycanın millət vəkili kimi təqdim edirlər. Çünki, o, partiyanın ideoloji prinsiplərinə uyğun olaraq və şəxsi təşəbbüsü ilə bütün vətəndaşlarımızın və soydaşlarımızın problemlərini daim gündəmdə saxlayan və lazimi instansiyalara çatdıran bir vəkildir. Bildiyiniz kimi, mənim namizədliyim də şəxsi təşəbbüsümlə deyil, MDHP tərəfindən irəli sürülüb. Bizim seçki platformamızda mənim namizədləyimin irəli sürüldüyü 9 saylı Binəqədi ikinci seçki dairəsinin ərazisinin sakinlərinin problemlərindən başlamış, beynəlxalq münasibətlərlə bağlı mövqeyimizə qədər ortaya qoyduğumuz prinsiplər öz əksini tapıb. - Niyə bizim vətəndaşlar millət vəkili dedikdə öncə onların şəxsi problemlərini həll etməyə borclu olan birini düşünürlər? - Bəli, millət vəkili milli maraqlarla yanaşı, bayaq qeyd etdiyimiz kimi seçicilərin problemləri ilə də maraqlanmalı, mümkün həllinə çalışmalıdırlar. Lakin burada poblem onda deyil ki, seçici şəxsi probleminin həllini millət vəkilindən istəyir, problem ondadır ki, seçicinin bir hissəsi şəxsi probleminin həllini Azərbaycanın problemlərinin həllininin içərisində görmür. Hər kəsin şəxsi problemləri, şəxsi maraqları və ambisiyaları vardır. Kim desə ki, mənim şəxsi marağım yoxdu, o adam ya yalan danışır, ya da səfil həyat tərzinə malikdir. Amma şəxsi maraqlar milli maraqların içində axtarılanda bu inkişafın və qüdrətlənmənin qarantına çevrilir. İstanbulun fəthindən əvvəl Fateh Sultan Mehmet dəfələrlə cəhd etsələr də bu şəhəri ala bilməmələrinin səbəbini belə izah etmişdi ki, “Əsgərlərim şəxsi qənimətlərini Konstantinopol qənimətinin içində görə bilmədikləri üçün biz qalib gələ bilmirik”. Bu məsələ ilə bağlı Fərəc Quliyev də prinsip olaraq irəli sürür ki, “şəxsi maraqlarınızı milli maraqların, fərdi xoşbəxtliyinizi millətin xoşbəxtliyi içərisində axtarın”. Yəni, cəmiyyətdə milli ideologiyanın zəifliyi, milli fəlsəfənin tətbiq edilməməsi və sivilizasiyalararası gedən savaşda bir Türk toplumu olaraq mənəvi terrora məruz qalmağımız səbəbindən bəzi insanlar fərdi maraqlarını milli maraqların içində görə bilmirlər. O səbəbdən kortəbii olaraq millət vəkilindən daha çox milli maraqların qorunmasını deyil, səlahiyyətlərinin ancaq bir hissəsini tələb edənlərimiz olur. Bu düşüncədən qurtarmaq üçün, milli ideologiyanın təbliği və maarifləndirmə fundamental şəkildə qurulmalıdır. - Çox hallarda da seçicilər millət vəkilinin vəzifəsini ancaq onların sosial və məişət problemlərinin həlli çərçivəsində görürlər. Ondan asfalt saldırmasını, su çəkdirməsini tələb edirlər... - Yenə seçicidə günah yoxdur. Maarifləndirmənin olmaması səbəbindən vətəndaş icra orqanlarının və bələdiyyələrin vəzifələrindən xəbərsizdi. Ona görə də, biz platformamızda ilk əvvəl qeyd etmişik ki, Biz “asfalt salıb”, “lift düzəltməyəcəyik”. Lakin, bələdiyyə və icra orqanlarından üzərlərinə düşən işlərin öhdəsindən gəlmələrini tələb edəcəyik. Mənim xeyriyyəçilik imkanlarım yol çəkməyə imkan vermir. Həm də Azərbaycan artıq qüdrətli dövlətdir və indi dövlətimizin ona ehtiyacı yoxdur ki, kimsə harasa yol çəkdirsin. Sadəcə aidiyyati qurumların fəaliyyətsizliyi nəticəsində ərazilər dövlətin hərtərəfli qayğısından kənarda qalırlar. Məsələn, biz platformada da qeyd etmişik ki, Binəqədinin sosial-iqtisadi inkişafına nail olmaq üçün, “Bakı və ətraf qəsəbələrin sosial-iqtisadi inkişafı Dövlət Proqramına” Binəqədi ilə bağlı konkret əsaslı təkliflər veriləcək və qəbuluna çalışacağıq. Təkcə bu proqram vasitəsilə Binəqədinin bütün sosial-iqtisadi problemlərinin həllinə nail olmaq olar. Amma bundan başqa da dövlətin inkişaf proqramları var. Sadəcə millət vəkili cavabdeh qurumların fəaliyyətinə nəzarət mexanizmini düzgün qurmalıdır. - Əgər seçilsəniz seçiciləriniz üçün ilk görəcəyiniz iş nə olacaq? - Prosedura uyğun sənədləri hazırlayacam... zarafat edirəm... Kim seçilərsə seçilsin, əsas odur ki, fəaliyyətində sakinləri məyus etməsin. Bayaq qeyd etdiyim kimi, dövlətin müxtəlif inkişaf proqramları var. Mən, yaxud digəri – seçilmiş millət vəkili o proqramlarla tanış olsun və məsul qurumların fəaliyyətinə müntəzəm nəzarət edə bilsin, sakinlərin haqlı tələblərinin həllini həyata keçirsin. Təbliğat-təşviqat dönəmində ərazi ilə yaxından tanış olmuşam. Demək olar ki, artıq o ərazi barədə qismən məlumatlıyam. Ona görə də ilk olaraq seçicilərlə görüşüb müzakirələr aparmaq və bir də ilkin olaraq Binəqədinin yollarının təmiri ilə bağlı müvafiq məsələ qaldırmaq vacibdir. Xalidə XALİD / İnform.az Geri dön |