Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Azərbaycanda yaxın gələcəkdə sürücülük vəsiqəsinin icbari daşınması ləğv edilə bilər
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm > Azərbaycanda yaxın gələcəkdə sürücülük vəsiqəsinin icbari daşınması ləğv edilə bilər

Azərbaycanda yaxın gələcəkdə sürücülük vəsiqəsinin icbari daşınması ləğv edilə bilər


Azərbaycanda yaxın gələcəkdə sürücülük vəsiqəsi və avtomobilin texniki şəhadətnaməsinin (texniki pasport) icbari daşınmasını ləğv edilə bilər.

Respublika Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Kamran Əliyev bildirib ki, yaxınlarda Gürcüstanda tətbiq olunan yenilik Azərbaycanda da reallaşa bilər.

Onun sözlərinə görə, post patrul avtomobillərində yeni kompyuter texnologiyaları tam yerləşdiriləndən sonra və hər bir avtomobil vahid məlumat bazasına çıxış imkanı qazanandan sonra sürücülər sürücülük vəsiqəsi və avtomobilin texniki şəhadətnaməsini üzərlərində icbari daşımaqdan azad olunacaqlar.

Əliyev bildirib ki, şəxsin sürücülük vəsiqəsi, texniki şəhadətnaməsi və etibarnamə haqqında mərkəzi məlumat bazasında bütün məlumatlar yerləşdiriləndən sonra həmin sənədlərin sürücünün yanında olması bir o qədər də mütləq deyil.

"Sürücülük vəsiqəsi hansı halda sürücüdən alınır? Əgər, sürücünün yol verdiyi qayda pozuntusu onun sürücülük hüququndan məhrum olmasına səbəb olursa, sürücülük vəsiqəsi alınır. Bu texnologiyalar tətbiq olunandan sonra hətta sürücülük hüququnun məhdudlaşdırılması barədə qərar qəbul edilmiş olsa belə, avtomobil idarə edən belə sürücü barədə məlumat bazasından məlumat alıb onu yol hərəkətindən kənarlaşdırmaq mümkün olacaq", - Əliyev deyib.

İdarə sözçüsü qeyd edib ki, yol polisində vahid kompyuter şəbəkəsi yaradılıb.

"DYP-nin bütün hissələri mərkəzi məlumat serverinə qoşulub. İstənilən rayon ərazisindəki DYP hissəsindən bu məlumat bazasına giriş var. Hazırda həmin məlumat bazasının yol patrul avtomobillərində quraşdırılması prosesi gedir. Bu proses tam başa çatandan sonra qanunvericilikdə sürücülük vəsiqəsi və texniki şəhadətnamənin məcburi daşınmasının ləğvi ilə bağlı dəyişiklik olmalıdır", - Əliyev deyib.

Onun sözlərinə görə, lazımi sənədlərin icbari daşınmasının ləğvi nəqliyyat vasitəsinin sürücülük vəsiqəsi və ya avtomobilin qeydiyyat şəhadətnaməsi olmayan şəxs tərəfindən idarə olunması anlamını verməməlidir.

Qanunvericilikdə vəsiqənin təqdim olunmamasına görə cərimə nəzərdə tutulmayıb.

Əgər sənədlər avtomobili idarə edən şəxsin üstündə deyilsə, avtomobil 3 saat müddətində yol polisi əməkdaşının yanında saxlanılır. Sürücü sənədləri 3 saat müddətində gətirməzsə, avtomobil mühafizə olunan duracağa gətirilir və o, hansı qayda pozuntusuna görə saxlanılbsa, həmin pozuntya görə nəzərdə tutulan məbləğdə cərimələnir.

Bir neçə gün öncə, Gürcüstanın Daxili İşlər Nazirliyi (DİN) sürücülük vəsiqəsi və avtomobilin texniki pasportunun icbari daşınmasını ləğv edib.

Bundan sonra Gürcüstan polisi vəsiqə və texniki pasportun olması haqqında məlumatları DİN-in vahid kompyuter şəbəkəsi vasitəsilə yoxlayacaq.

İndiyədək polis sürücüləri vəsiqənin təqdim olunmamasına görə 15 lari (təxminən 10 dollar) cərimələyirdi.

Geri dön