Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Xarici siyasət və bələdiyyələrlə bağlı Fərəc Quliyevin Parlamentdə irəli sürdüyü təkliflər
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, Özəl xəbər, Fərəc Quliyev > Xarici siyasət və bələdiyyələrlə bağlı Fərəc Quliyevin Parlamentdə irəli sürdüyü təkliflər

Xarici siyasət və bələdiyyələrlə bağlı Fərəc Quliyevin Parlamentdə irəli sürdüyü təkliflər


1 noyabr 2015-ci il tarixində keçiriləcək Parlament seçkilərində 31 saylı Suraxanı ikinci seçki dairəsindən namizədliyi irəli sürülmüş Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, millət vəkili Fərəc Quliyev 2010-2015-ci illərdə Milli Məclisdə deputatı kimi 5 illik parlament fəaliyyəti dövründə keçirilmiş 114 iclasda 105 təkliflə çıxış etmişdir.
Həmin təkliflərin bir qismini ixtisarla hissə-hissə diqqətinizə çatdırırıq və hər birinin həyata keçib, keçməməsi barədə məlumat veririk.
Fərəc Quliyevin xarici siyasət və bələdiyyələrlə bağlı səsləndirdiyi təkliflərdən 17-ni seçib təqdim edirik:



Xarici siyasətlə bağlı verilmiş təkliflər:

BMT-nin qətnamələrinin icrası tələbi və ATƏT-in Minsk Qrupunun informativ yardımçı rolda, AB-nin əsas rolda olma imkanlarının yaradılmasıyla bağlı təklif
- Fransa və onun kimi Azərbaycana dost olmayan ölkələrin qərəzli mövqeyi nə birinci haldır, nə də axırıncı olacaq. Ona görə də problemə köklü yanaşmaq üçün aşağıdakı məsələlərin də müzakirəyə çıxarılmasını təklif edirəm:
Milli Məclis BMT-yə öz tərəfindən qəbul etdiyi 822,853, 874,884 saylı qətnamələrinin icrası məsələsi ilə bağlı müraciət etsin;
Azərbaycan Respublikası, BMT TŞ-nın qeyri-daimi üzvü hüququndan da istifadə edərək, bu qurumun Ermənistan-Azərbaycan münaqişəsi haqqında qəbul etdiyi qətnamələrin qeyd-şərtsiz yerinə yetirilməsini Ermənistan respublikasından tələb etməsini gündəmə gətirsin;
Milli Məclisdə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin ATƏT-in Minsk Qrupunun fəaliyyəti ilə bağlı dinləməsi keçirilsin;
MM Ermənistan-Azərbaycan münaqişəsində vasitəçilərin fəaliyyəti ilə ilə bağlı xüsusi komissiya yaratsın;
Komissiya Qarabağ münaqişənin həlli üçün aparılan danışıqların gedişində yaranmış vəziyyətin, bütövlükdə Minsk qrupunun və ayrı-ayrılıqda vasitəçi dövlətlərin fəaliyyətinin nəticələrini araşdıraraq, Minsk Qrupunun nəticəsiz fəaliyyətinə Milli Məclisin obyektiv qiymət verməsi üçün rəy hazırlasın;
Komissiya danışıqlar prosesində ATƏT-in Minsk Qrupunun informativ yardımçı rolda, AB-nin əsas rolda olma imkanlarını araşdırsın;
Komissiya AB-nin yeni vasitəçilik formatında təmsilçilik, aparılacaq danışıqlarda iştirak imkanını, eyni zamanda əldə olunacaq razılaşmaların beynəlxalq təminatçısı kimi iştirak imkanını müəyyənləşdirsin;
Komisiya bu məqsədlə, AB ilə münaqişənin həlli üçün aktiv siyasi dialoq prosesinin başladılması prosedurunu hazırlasın.
(Hələlik həyata keçirilməyib)

***

Avronest PA-nın Ermənistandakı iclasıyla bağlı Avropa Parlamentinə etiraz məktubu göndərməsi təklifi
- 2012-ci il 20-26 fevral tarixlərində Avronest PA-nın Sosial, Mədəniyyət və Təhsil Komitəsinin ilk iclası keçiriləcəkdir. Bu iclas Ermənistanın paytaxtı Yerevanda olacaqdır. Avropa Parlamenti artıq tədbirin proqram layihəsini hazırlamışdır. Avronest PA-nın Sosial, Mədəniyyət və Təhsil Komitəsinin Azərbaycan nümayəndə heyyətinin üzvü kimi proqramla tanış oldum.
1) Həmin proqrama uydurma erməni soyqırımı qurbanları abidəsinin və muzeyinin ziyarət olunması bəndi salınıbdır.
2) Proqram Avronest PA-nın Sosial, Mədəniyyət və Təhsil Komitəsinin məqsəd və vəzifələrinə deyil, tamamilə Ermənistana həsr olunubdur.
Azərbaycan Respublikası Milli Məclisinin Avropa Parlamentinə bu iki ciddi məsələ ilə əlaqədar etiraz məktubu göndərməsini təklif edirəm.
(Həyata keçirildi)

***

İrana qarşı sanksiyalara qoşulmaq təklifi
- İrana beynəlxalq aləm tərəfindən nəzərdə tutulan sanksiyalara gəlincə, biz mütləq bu sanksiyalara qoşulmalıyıq. Dünya bölgədə demokratiyanın üstün vəziyyətə gətirilməsinə, nüvə təhlükəsinin aradan qaldırılmasına çalışırsa biz kənarda qala bilmərik.
(Həyata keçirilməyib)

***

Regional Təhlükəsizliklə bağlı dinləmələrin keçirilməsi təklifi
BMT Təhlükəsizlik Şurasının qapalı müzakirələrində, münaqişə baş verən ölkənin qonşuluğunda yaşayan dövlətlər, ədavətdən daha çox əziyyət çəkdiyinə görə, qonşu dövlətlərin regional təşkilatlarda münaqişələrin həllində vacib rol oynaması məsələləri müzakirə olunub. Məncə, Milli Məclis bu istiqamətdə xarici işlər nazirliyinin dinləməsini keçirməli , yuxarıda göstərilən yanaşmanı əsas götürüb, Qarabağ münaqişəsində Minsk Qrupu tərkibində Gürcüstan və Türkiyənin, Rusiya və Fransanın yerinə vasitəçiliklərini gündəmə gətirə bilərik. Əlbəttə, ATƏT-in Minsk Qrupunun informativ yardımçı rolda, AB-nin əsas rolda olma imkanlarını araşdırmaq şərti ilə.
(Hələlik həyata keçirilməyib)

***

Parlament adından BMT-yə qəbul etdiyi qətnamələrinin icrası ilə bağlı müraciət etmə təklifi
BMT nizamnaməsinin 7-ci bəndi, 41 və 47-ci paraqraflarına görə Ermənistana hərbi və ya qeyri hərbi sanksiyalar tətbiq edilməlidir.
- Milli Məclis BMT-yə öz tərəfindən qəbul etdiyi 822, 853, 874, 884 saylı qətnamələrinin icrası məsələsi ilə bağlı müraciət etməlidir.
(Müraciət olunub)

***

NATO-ya müraciət etməsi təklifi
- Parlament Dağlıq Qarabağ münaqişəsinin həm də beynəlxaql təhdid olduğunu nəzərə alaraq müvafiq dövlət strukturlardan NATO-ya müraciət etməsini istəməlidir. NATO –nun Dağlıq Qarabağla bağlı transformasiya siyasətini müzakirəyə çıxarması təklif olunmalıdır.

***

Rusiyanın təhdidlərinə qarşı NATO-nun münasibətini istəmək təklifi
- Ölkəmiz 1999-cu ildə NATO PA-ya müşahidəçi, 2002-ci ildən isə assosiativ üzv qəbul edilib. Azərbaycan Silahlı Qüvvələrinin birləşmələri Kosovo, İraq və Əfqanıstanda sülhməramlı qoşunların tərkibində fəal iştirak edib. Bunlar imkan verir ki, Kollektiv Təhlükəsizlik Müqaviləsi təşkilatı adından Rusiyanın təhdidlərinə NATO-nun münasibətini istəyək.

***

Beynəlxalq təşkilatların ikili standartlarına aydınlıq gətirilməsi təklifi
- Beynəlxalq təşkilatlar Beynəlxalq hüququn törəmə subyektidir və öhdəliklər qarşılıqlıdır. Bu halda sual yaranır: Niyə indiyə qədər BMT-nin 4 qətnaməsini ATƏT-in iki tövsiyəsini həyata keçirməyən Ermənistana qarşı sanksiya tətbiqi çağırışı yoxdur?

***

Danışıqları Ermənistanla yox, BMT ilə aparmaq təklifi
- Ermənistanla danışıqları davam etməyə cəhd etmədən, Ermənistanın beynəlxalq hüquqi məsuliyyəti haqda BMT ilə danışıqlar aparmaq lazımdır. Bu proseduru başlatmaq üçün Milli Məclis ilk belə müraciəti- Dövlətçiliyimizə və ərazi bütövlüyümüzə qarşı Ermənistanin törətdiyi təcavüz cinayətinə görə Ermənistanın beynəlxalq hüquqi məsuliyyəti haqda sənədin müzakirəsini payız sesiyasında keçirməlidir.

***

Azərbaycandan icazəsiz Dağlıq Qarabağa səfər edən Avropa parlamentariləri ilə bağlı təklif
- Avropa parlamentarilərinin Azərbaycanın Dağlıq Qarabağ bölgəsinə Azərbaycanın icazəsini almadan Ermənistan üzərindən və birbaşa səfər etməsi mütləq qınanmaqla yanaşı həm də adekvat cavablandırılmalıdır. Bu ölkələrin vətəndaşı olduğu ölkələrlə münasibətlərə yenidən baxılmalıdır.

***

Ölkəmizin əleyhinə aparılan kompaniyalara sərt reaksiyaların verilməsi təklifi
- Azərbaycan hökuməti ölkəmizin əleyhinə aparılan kompaniya məsələlərində dərhal adekvat addım atmalı, bu ölkələrlə olan iqtisadi münasibətlərdə, ölkəmizin suveren hüquq və ərazi bütövlüyünə olan münasibət kriteriya kimi götürülməlidir.

***

Avropa ilə münasibətlərin pozulmasına münasibət
- Azərbaycan bir neçə şəxsin qərəzli mövqeyinə görə Avropa ölkələri ilə əməkdaşlığını pozmayacaq və Qərbə inteqrasiyanı davam etdirəcək. Yəni, Azərbaycan bir qrup insanların fikri ilə Qərblə münasibətini dəyişməyəcək. Azərbaycanın dövlət siyasəti bütün Qərb dövlətləri ilə əlaqələrini inkişafını özündə ehtiva edir. Biz keçən il Avronestdə ermənilərin 32 təklifinin keçməsinə imkan vermədik. Bizim bu təsisatlardan kənarda qalmağımızı istəyənlərə fürsət verməməliyik.

***

Rusiya-Ukrayna münaqişəsiylə bağlı təklif
- Rusiyanın Krımı işğal etməsi ilə bağlı Azərbaycan və Ukrayna parlamentlərarası dostluq qrupunun üzvləri və Azərbaycan-Rusiya parlamentlərarası dostluq qrupunun üzvləri birgə bir iclas keçirə bilər və eyni qrupun üzvləri yenə Ukraynaya və Rusiyaya parlament tərəfindən ezam oluna bilər. Yəni, biz bu məsələlərdə seyrici mövqedə qalarıqsa gələcəkdə Qarabağ məsələsinin müzakirəsi ilə bağlı beynəlxalq instansiyalarda Ukrayna tərəfindən biraz soyuq münasibətlə qarşılaşarıq.

***


Yerli idarəetmə - Bələdiyyələrlə bağlı verilmiş təkliflər:

Bələdiyyələrin maddi təminatıyla bağlı təklif
- Bələdiyyələrə 3,5 milyon manat vəsaitin ayrılması nəzərdə tutulub. Bu vəsaitin məbləği onu göstərir ki, sanki bələdiyyələr lazımsız qurumdur və heç kimə lazım deyil. Ancaq dövlət idarəetmə sistemində yerli özünü idarəetmə orqanları kimi bələdiyyələr çox mühüm yer tutur. Ehtiyat fondlarına ayrılan vəsaiti azaltmaqla bələdiyyələrin inkişafına və maddi-texniki bazasının artırılmasına ən azı 20-30 milyon manat vəsait ayrıla bilər.
(Vəsait qismən artırıldı)

***

Bələdiyyələrin maddi təminatıyla bağlı ikinci təklif
- Bələdiyyələrə normal miqdarda dövlət vəsaitinin ayrılması bu qurumu fəaliyyətsizlikdən də qurtarar, bələdiyyə üzvlərinin seçicilər qarşısında hesabat verə bilməsinə, qanunsuzluqların aradan qalxmasına səbəb olar. Bilirik ki, bu sistemin işlək olması üçün ən müxtəlif tədbirlərlə yanaşı, həm də bələdiyyə qulluqçularının əmək hüquqlarının tənzimlənməsi vacibdir. Bu məqsədin həyata keçməsinə də vəsait lazımdır. Bütün bunları nəzərə alaraq təklif edirəm ki, 2012-ci il dövlət büdcəsindən bələdiyyələr üçün nəzərdə tutulan vəsait bir neçə dəfə artırılsın.
(Vəsait qismən artırıldı)

***

İdarəetmədə paralelliyin aradan qaldırılması təklifi
- Yerli özünüidarə orqanlarının - bələdiyyələrin mövcud olduğu şəraitdə icra strukturlarının əhatə dairəsinin genişləndirilməsi heç bir halda səmərəli idarəetmə modeli sayılmaz. İdarəetmədə struktur daha kiçik və çevik olmalıdır. Paralelliyə yol verilməməlidir.
(Hələlik həyata keçirilməyib)

***

Yerli özünüidarəetmənin gücləndirilməsi təklifi
- Vətəndaşların hüquqlarını ən çox pozan elə yerli icra hakimiyyətləridir. Bu səbəbdən də icra hakimiyyətlərinin yeni strukturlarının yaradılmasını təqdir etmək mümkün deyil. Məntiqli olardı ki,yerli özünü idarəetmə institutu gücləndirilsin, yerli icra strukturlarının səlahiyyətləri bu qurumlara verilsin, Bakı da daxil olmaqla, iri şəhərlərdə mer seçkisi keçirilsin.
(Hələlik həyata keçirilməyib)

Geri dön