Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz > Rəfsəncani: Qarşıda ölkə parlamentinə ən taleyüklü seçkilər keçiriləcək
Rəfsəncani: Qarşıda ölkə parlamentinə ən taleyüklü seçkilər keçiriləcək |
İrada Sistemin Məsləhətini Müəyyənləşdirən Qurumun rəisi ayətullah Haşimi Rəfsəncani oktyabrın 28-də Həmədan şəhərində keçirilən bir mərasimdə çıxış edərək 2016-cı ilin mart ayında ölkə parlamentinə keçiriləcək seçkilərdən danışıb.
Rəfsəncani deyib ki, o İran İslam inqilabı tarixində ölkədə ən yaxşı bir seçkinin keçiriləcəyinə ümidvardır: “Hesab edirəm ki, cəmiyyətin ölkə parlamentinə keçiriləcək seçkinin nəticəsindən razı qalması zəruridir. Bu həm də inkişafımızı davam etdirmək və dünyanın İrana olan baxışını dəyişdirmək baxımından da vacib məsələlərdən biridir. Elə buna görə də düşünürəm ki, qarşıda ölkə parlamentinə ən taleyüklü seçkilər keçiriləcək”. Rəfsəncani deyib ki, ölkənin milli dövlət televiziyası qarşıdan gələn seçki prosesinə və seçkiyə qatılan namizədlər barədə bitərəf qalmalı, seçki həqiqətini olduğu kimi əks etdirməlidir: “Hesab edirəm ki, dövlət televiziyası hansısa bir siyasi cərəyanın lehinə və ya əleyhinə mövqe tutmamalı, seçki prosesində tam bitərəf qalmalıdır. Əks təqdirdə, ötən seçkilərdə də olduğu kimi bunun əks nəticəsi olacaq. Çünki xalq artıq hər şeyi başa düşür və onun hər şeydən xəbəri var”. Qeyd edək ki, hazırda İran parlamentində oturan deputatların əksəriyyəti sərt xətt tərəfdarı “üsulçular” siyasi cərəyanına bağlı nümayəndələrdir. Rəfsəncani isə hakimiyyətdaxili İslahat meyilli qüvvələrə yaxınlığı ilə tanınan bir şəxsdir. Geri dön |