Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Siyasi partiyalar > Gənc namizədə rəqib, siyasətçi, vətəndaş sözü
Gənc namizədə rəqib, siyasətçi, vətəndaş sözü |
Əli Orucov: “Mən Həbib Ələkbərsoyu vətənimin və millətimin dəyərli övladı hesab edirəm”
İlqar Altay: “Həbib Eləkbərsoy kimi bir gəncin, bu qədər təcrübə və nailiyyətləri olan vətəndaşımızın millət vəkili seçilməsi təqdirəlayiq olardı” Noyabrın 1-də Milli Məclisə keçiriləcək seçkilərlə bağlı oktyabrın 9-dan başlayan təşviqat, oktyabrın 31-də səhər saat 8:00-dək başa çatacaq. Artıq seçkilərə sayılı saatlar qalır. Qeyd edək ki, deputatlığa namizədlər KİV-də seçkiqabağı təşviqat üçün pulsuz imkanlardan məhrum ediliblər. Seçki Məcəlləsinə görə, İctimai Televiziya və Radioda, dövlət qəzetlərində pulsuz təşviqat üçün yalnız 60-dan çox seçki dairəsində namizədləri qeydyyata alınan siyasi bloklara və ya siyasi partiyalara icazə verilib. Buna baxmayaraq bir çox namizədlər təbliğat- təşviqat kampaniyasının aparılması ilə bağlı onlara verilən vaxtdan səmərəli istifadə etməyə çalışaraq, bunu mütərəqqi ideyaların ictimaiyyətə birbaşa çatdırılması baxımından əhəmiyyətli hesab ediblər. Bu yanaşmalar seçkilərə yeni qatılan gənc siyasətçilərin prizmasında daha qabarıq, daha açıq səmimiyyəti ilə nəzərə çarpır. Gənc namizədlər bu seçkiyə özünün gənclik enerjisi ilə qatılmaqla ölkənin qüdrətlənməsi, daha da inkişaf etməsi, millətin, dövlətin bütövlüyü, xalqların tolerant yaşam birliyi, özünüdərki və dünyaya milli kimliyini tanıyaraq inteqrasiyasının təminatçısı rolunda çıxış edirlər. Belə ideologiyanın daşıyıcılarından biri də 9 saylı Binəqədi 2-ci seçki dairəsində namizədliyi irəli sürülən Milli Dirçəliş Hərəkatı Partiyasının (MDHP) sədr müavini Həbib Ələkbərsoydur (Ələkbərov Həbib Müzəffər oğlu). Onun öz platformasında gənclərlə bağlı sərgilədiyi mövqe xüsusi diqqətlə izlənməklə yanaşı, müsbət qarşılanmaqdadır. Maraqlıdır, seçkilərə yeni qatılan bir gənc siyasətçi kimi Həbib Ələkbərsoy haqqında onun rəqibləri, eləcə də digər partiya nümayəndələri və bir sıra ictimaiyyət nümayəndələri nə fikirdədirlər? “Azərbaycanın və millətin maraqları bizi birləşdirməli, dostlaşdırmalıdır” Azərbaycan Milli İstiqlal Partiyasının sədr müavini, 9 saylı Binəqədi ikinci seçki dairəsində namizədliyi verilən Əli Orucov həmin dairə üzrə rəqibi olan MDHP-nın namizədi Həbib Ələkbərsoyun bir gənc kimi yüksək potensiala malik olduğunu qeyd edib. O, kimliyindən asılı olmayaraq bu seçkidə sağlam mübarizə aparan hər bir gəncə hörmət və sayğı ilə yanaşdığını bildirib və MDHP-dan olan bu namizədi belə rəqiblərdən hesab edib. “Mən namizədlərin hamısını, o cümlədən də Həbib bəyi vətənimin və millətimin dəyərli övladı hesab edirəm. Biz siyasətdə, siyasi mübarizədə rəqib ola bilərik, lakin Azərbaycanın və millətin maraqları bizi birləşdirməli, dostlaşdırmalıdır. Mən sağlam və ədalətli rəqabətin tərəfdarıyam. Kimin qalib gəlməsi önəmli deyil. Önəmlisi odur ki, bu seçimi xalq, seçici müstəqil və azad şəkildə etsin, xalqın iradəsi ilə görəvləndirilsin, bu seçimdən Azərbaycan və demokratiya qazansın. Bu şərtlər daxilində qalib gələn rəqiblərimi təbrik edib əllərini sıxmağa hazıram. İnanıram ki, onlar da eyni addımı atmağa eyni hərəkəti etməyə tərəddüd göstərməzlər”. Bu mənada Ə.Orucov rəqibi H.Ələkbərsoya seçkilərdə uğurlar diləyib. “Gənclərin Milli Məclisdə daha geniş təmsili həm də bütün ölkə gəncliyinin inkisaf aktivliyinə stimul yarada bilən amildir” İctimai Tədqiqatlar Mərkəzinin rəhbəri İlqar Altay bu gün ölkəmizin dünyanın geosiyasi və iqtisadi sistemdəki proseslərinə uygun olaraq yeni dönəmə daxil olduğunu bildirib. Onun sözlərinə görə hazırda dövlət rəhbərliyinin iradəsi və xalqın təşəbbüsü ilə ölkədə hər bir sahədə islahatların, dəyişikliklərin aparılması labüdlük halını alıb. İ.Altay hesab edir ki, bu proses artıq real olaraq gedir və bunu da dövlət hakimiyyətinin parlament, qanunvericilik qolunun fəal iştirakı olmadan aparmaq mümkünsüzdür. “Milli Məclisi təmsil edən deputatlar öz aktiv və vicdanlı fəaliyyətləri ilə ölkənin inkişafında böyük töhfə verə bilərlər. Parlamentin işinin yeni formada qurulub aktivləşməsi də oraya yeni və xüsusən gənc enerjili insanların seçilməsi halında daha real mümkündür. Gənclərin Milli Məclisdə daha geniş təmsili həm də bütün ölkə gəncliyinin inkisaf aktivliyinə stimul yarada bilən amildir. Ona gorə də Həbib Eləkbərsoy kimi bir gəncin, bu qədər təcrübə və nailiyyətləri olan vətəndaşımızın millət vəkili seçilməsi təqdirəlayiq olardı”. “Belə gənclərin siyasətdə aktiv iştirakı siyasi demokratiyanın, siyasi mədəniyyətin inkişafına töhfə verə bilər” Azərbaycan Demokrat Partiyasının sədr müavini Taliyət Əliyev bildirdi ki, bir siyasətçi kimi Həbib Ələkbərsoy intellektli, potensiyalı olan bir gəncdir. Onun sözlərinə görə, belə gənclərin siyasətdə aktiv iştirakı siyasi demokratiyanın, siyasi mədəniyyətin inkişafına töhfə verə bilər. “Həbib bəyə bir gənc kimi qarşıdakı seçkilərdə uğurlar diləyirəm”. “Həbib bəy, millətinə, dövlətinə sədaqətli biridir və türk milliyətçiliyinin daha da demokratik deyərlər içərisində inkişafı yönündə mübarizə aparan gənc siyasətçidir” “Həbib bəy, türk milliyətçiliyinin daha da demokratik deyərlər içərisində inkişafı yönündə mübarizə aparan bir gənc siyasətçidir” Vətəninfo İnformasiya Agentliyinin rəhbəri Nahid Çanbaxışlı ilk olaraq Həbib Ələkbərsoyu gözəl bir insan kimi təqdim etməyi vacib saydı: “Onun mənəvi keyfiyyətləri haqqinda saatlarla danışmaq olar. Ancaq mən bir məqamı diqqətinizə çatdırım ki, Həbib bəy, millətinə, dövlətinə sədaqətli biridir və türk milliyətçiliyinin daha da demokratik deyərlər içərisində inkişafı yönündə mübarizə aparan bir gənc siyasətçidir. Ona seçki marafonunda uğurlar arzulayiram”. Tahirə QAFARLI / İnform.az Geri dön |