Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Xanəmir TELMANOĞLU: -O, bizi olduğumuzdan böyük görmək istəyir
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Siyasət, DAVAMın yazıları > Xanəmir TELMANOĞLU: -O, bizi olduğumuzdan böyük görmək istəyir

Xanəmir TELMANOĞLU: -O, bizi olduğumuzdan böyük görmək istəyir


Öz təmkini, şəxsiyyəti və xarakteriylə gerçək türk oğlunun kimliyini varlığında əmanət olaraq gəzdirən, yeri gələndə bu kimliyə sahib çıxmağı bacaran, həmişə pafosdan, şarlatanlıqdan uzaq, dediyi sözü havaya boşaltmayan biridir Həbib Ələkbərsoy.

İllərdir ölkəmizdəki aparılan seçki kompaniyası çoxları kimi məni də dəfələrlə, yəni hər dəfə də son dərəcə məyus edib. Amma buna baxmayaraq, vətəndaş cəmiyyətinin gərəkdirdiyi məsuliyyətimizi hələ itirmədiyimin fərqində olaraq, “onlar düz etmir, mən niyə səhv etməliyəm” prinsipimi əsas tutub yaşadığım ərazidə uyğun bildiyim kim olubsa, ona səs vermişəm. Üstəlik, yaxın bildiyim insanları da bu işə təşviq etdiyimi də söyləməkdən çəkinməmişəm. Sözsüz ki, bu dəfə də Milli Məclisə deputat seçilmək üçün namizədliyini fərqli bölgələrədən və dairələrdən verən kifayət qədər namizədlər tanıyıram. Bunlardan biri də artıq xeyli vaxtdır tanıdığım Həbib Ələkbərsoydur – Ələkbərov Həbib Müzəffər oğlu 9 saylı Binəqədi ikinci seçki dairəsindən Milli Dirçəliş Hərəkatı Partiyasının namizədidir. Mən onun bu seçkilərdə bacarıqlı olmasını və millətin vəkili olmasını niyə istəyirəm, bilirsinizmi? Qələm dostlarımız içərisində öz təmkini və şəxsiyyəti, xarakteriylə gerçək türk oğlunun kimliyini varlığında əmanət olaraq gəzdirən, yeri gələndə bu kimliyə sahib çıxa bildiyini bacaran qardaşımızı həmişə pafosdan, şarlatanlıqdan uzaq, dediyi sözü havaya boşaltmayan biri olaraq tanımışam. Mənim üçün böyük insan, böyük kişi böyük düşünür həm də yalan danışmaz. O, zatən bunu bacarmır. Amma hər birimizin bu gün zinhara gəldiyi, xirtdəyə yığıldığı, əsəbdən çatladığı bir məqam varsa, o da yaxınlarımızın, dostlarımızın, həmkarlarımızın yalan-palanla həyatını “gözəlləşdirib”, özünə xanimanlar qurmasıdır.
Həbib təmiz oğlandır. Kimsənin haqqını yeyə biləcəyinə inanmıram. Bir başqasının da yeyilən haqqına biganə qalacağına da inana bilmirəm.
O, imkan düşdükcə, işlədiyi yerlərdə bir işıq ucu açıldığı anda, dəyər verdiyi qələm sahiblərinə, söz adamlarına meydan verib. Bacarmadığı təqdirdə belə, ən azından buna təşəbbüs göstərib.
O, bizim, Azərbaycanın varlığından qopan gənc nəslin nümayəndəsidir. O da, hər birimiz kimi, asan yaşamayıb və yaşamır.
Həbib məfkurə adamıdır. Onun bu məfkurəyə -Türk xalqlarının ortaq dəyərləri, mənəvi birliyi məsələsinə bağır basdığını bilirəm. O, bizi, bu xalqı - olduğundan daha böyük, daha iri, daha azman, daha nəhəng görməyə çalışan, elə bu yolda da bacardığını xarakteriylə ortaya qoyan məfkurə və qələm dostumuzdur. Gerçəkdən də, bu gün Azərbaycan xalqının Milli Məclisində, Azərbaycan dövlətinin Milli Məclisində, Azərbaycan Respublikasının Milli Məclisində qafaları kif basmış, ruhları kəhanət qoxuyan kəslərin yerində Həbib kimi aydın qafalı, doğru əqidəli, içi-dışı millət sevgisiylə dolu ziyalılarımız oturmalıdır. Bu artıq seçicilərin oyaqlığına, iradəsinə, düzgün və çevik düşünmə səriştəsinə, Azərbaycanın sabahına üzüağ baxa bilmə şansına qalmış bir məsələdir.

Geri dön