Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > İranda hər gün 36 internet saytı dağıdılır
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm > İranda hər gün 36 internet saytı dağıdılır

İranda hər gün 36 internet saytı dağıdılır


İranda 14 yaşlı haker həbs olunub. Bu sözləri İranın Kiber Polis İdarəsinin rəisi, general Kamal Hadiyanfər İran mətbuatına məlumat verib. Onun sözlərinə görə, ölkədə hər gün orta hesabla 36 internet saytı dağıdılır: «Bu gün İranın rəsmi saytlarının 73 faizi təhlükə altındadır və təhlükəsizlik baxımdan da çox zəifdirlər. Hökumət banklarının 60 faizi və özəl bankların 40 faizi hakerlərin hücumuna dayanmaq gücünə malik deyil və həmin banklardakı hesabların tez sındırılması mümkündür». Kamal Hadiyanfər bildirib ki, internet cinayətkarlarının 64 faizinin yaşı 17-25 arasındadır, 32 faizinin yaşı 25-dən yuxarıdır, 4 faizinin yaşı isə 17-dən aşağıdır: «Bundan əlavə, onların 89 faizi kişi, 11 faizi qadındır. 2011-ci ilin ilk üç ayında İranda 3400, ikinci üç ayında 1500 və son üç ayında isə 5840 sayt dağıdılıb».

Geri dön