Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz > Azərbaycanlı fəal Aydın Zakiri məhkəməyə çağırılıb
Azərbaycanlı fəal Aydın Zakiri məhkəməyə çağırılıb |
İranda Azərbaycan milli kimliyi uğrunda dinc mübariz, milli-mədəni fəal Aydın Zakiri Xiyav (Meşkinşəhr) məhkəməsinə çağırılıb.
Xiyav prokurorluğunun hüquqi məhkəməsinin 1-ci şöbəsindən azərbaycanlı fəala göndərilən çağırış vərəqəsində deyilir ki, o noyabrın 10-da (abanın 20-də) ifadə vermək üçün məhkəməyə gəlməlidir. Fəal bundan əvvəl də məhkəməyə çağırılsa da, o, məhkəmə iclaslarının açıq keçirilməsinin zəruriliyinə toxunan ölkə konstitusiyasının 168-ci əslinə riayət edilməməsinə etiraz olaraq çağırışa məhəl qoymayaraq məhkəməyə getməkdən imtina edib. İran ana yasasının 168-ci əslində isə deyilir ki, siyasi və ya mətbuatla bağlı ittihamlara baxan məhkəmə iclasları münsiflər heyətinin iştirakı ilə açıq şəkildə keçirilməli, jurnalistlərin isə məhkəmə iclasını yaxından izləyə bilməsi üçün şərait yaradılmalı, bu imkan təmin edilməlidir. Azərbaycanlı fəalın isə ardıcıl olaraq məhkəməyə çağırılması onun ötən il Dünya Ana Dili Günü münasibətilə ölkədə keçirilən tədbirlərlə əlaqədar tutulub həbsə salınması ilə bağlıdır. Qeyd edək ki, Aydın Zakiri 2014-cü il, fevralın 21-də (1393-cü il, isfəndin 2-də) Dünya Ana Dili Günündə tutularaq əvvəlcə ETTELAAT idarəsinə aparılıb, sonra isə Xiyav zindanına köçürülüb. Fəal Xiyav həbsxanasında 3 həftə saxlandıqdan sonra 500 milyon riallıq mülk girovu qarşılığında müvəqqəti azadlığa buraxılıb. Geri dön |