Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Torpaq sahəsinin başqa məqsədlər üçün istifadəsinə görə cərimələr müəyyən edildi
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, İqtisadiyyat > Torpaq sahəsinin başqa məqsədlər üçün istifadəsinə görə cərimələr müəyyən edildi

Torpaq sahəsinin başqa məqsədlər üçün istifadəsinə görə cərimələr müəyyən edildi


Prezident İlham Əliyev “Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2015-ci il 30 sentyabr tarixli Qanununun tətbiqi barədə sərəncam imzalayıb.

Dəyişikliklərə əsasən, qanunun 70-ci maddəsi ləğv edilir. 88-1-ci maddə aşağıdakı redaksiyada verilir:

“Maddə 88-1. Torpaq sahəsinin məqsədli təyinatına uyğun olmayan başqa məqsədlər üçün istifadə edilməsi
88-1.1. Torpaq sahəsinin məqsədli təyinatına uyğun olmayan başqa məqsədlər üçün istifadə edilməsinə görə -
fiziki şəxslər üç yüz manat miqdarında, vəzifəli şəxslər altı yüz manat miqdarında, hüquqi şəxslər üç min manat miqdarında cərimə edilir.
88-1.2. Bu Məcəllənin 88-1.1-ci maddəsində nəzərdə tutulmuş xətanın kənd təsərrüfatı təyinatlı torpaqlara münasibətdə törədilməsinə görə -
fiziki şəxslər beş yüz manat miqdarında, vəzifəli şəxslər min manat miqdarında, hüquqi şəxslər beş min manat miqdarında cərimə edilir.”

Geri dön