Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Türkcə-farsca “Elin” dərgisinin direktoruna qarşı qərar çıxarılıb
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz > Türkcə-farsca “Elin” dərgisinin direktoruna qarşı qərar çıxarılıb

Türkcə-farsca “Elin” dərgisinin direktoruna qarşı qərar çıxarılıb


Dörd ildir Şərqi Azərbaycan vilayəti Marağa Universitetində yayımlanan türkcə-farsca Elin dərgisinin nəşrinə bir illik qadağa qoyulduğundan sonra dərginin direktoru Milad Balsininin isə bir dönəm təhsildən uzaqlaşdırıldığı bildirilib.

Universitetin İntizam Komitəsinin Balsini ilə bağlı qərarının təsvirini nəşr edən Oyan News veb səhifəsinə istinadən, uzaqlaşdırmadan əlavə Balsinin universitet rekordunda “yazılı bir qınama” da dərc edilib.

Nə İntizam Komitəsinin qərarı, nə də bundan əvvəl çıxarılan Universitet Nəşrlərinə Nəzarət Komitəsi tərəfindən çıxarılan hökmdə bu cəzaların dərgidə dərc edilmiş hansı yazı, ya material səbəbi ilə verildiyi qeyd edilməyib.

Oyan News bu qərarların Marağa millət vəkili Mehdi Davatgərinin Elin dərgisinə qarşı irəli sürdüyü şikayətlə bağlı olduğunu yazıb. Mehdi Davatgəri İran Parlamentində Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının üzvüdür.

Dörd il öncə fəaliyyətə başlayan Elin - “Marağa Bilimyurdunun Türkcə-Farsca Öyrənci Dərgisi”ində dərc edilən yazılar ümumiyyətlə tarix, kimlik, ədəbiyyat, ana dili və azlıqların hüquqları mövzularında olub.

Geri dön