Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Müsahibə, Siyasi partiyalar > Elşən Manafov: “Seçkilərin nəticələri müxalifətin radikal qanadının mövqelərinə ciddi zərbə oldu”
Elşən Manafov: “Seçkilərin nəticələri müxalifətin radikal qanadının mövqelərinə ciddi zərbə oldu” |
Seçkiyə qatılan müxalifət partiyaları proseslərin gedişini müsbət qiymətləndirdilər. Bu hal isə seçkilərdə iştirak etməyən radikal qüvvələrin mövqeyinə də ciddi zərbə hesab olunur.
Demokratik Sol Partiyasının sədri Elşən Manafov bildirdi ki, bütün hallarda seçki nəticəsindən çıxış etsək, hakim partiya parlamentdə özünün mövqeyinin güclənməsinə nail oldu: "Bu, çoxluğun iradəsidir və azlıq da xalqın seçimi ilə razılaşmalıdır. Legitim hakimiyyətdir. Azərbaycan xalqı artıq arxada qalmış seçkiyə münasibətdə mövqeyini ortalığa qoyub. Heç şübhəsiz ki, bu seçkilərin nəticələri müxalifətin radikal qanadının mövqelərinə ciddi zərbə oldu. Nəzərə alaq ki, radikal müxalifət seçkilərdə ümumiyyətlə. iştirak etmədi. Seçki ərəfəsində Müsavat Partiyası sosial bazasının imkanlarından çıxış edərək seçkidə iştirak etməməklə bağlı qərar qəbul etdi. Müsavat üzvlərinin seçkilərdə əldə etdikləri "uğurlar” da belə bir fikrə zəmin yaradır ki, müxalifətin mövqelərinə yetərincə zərbə dəyib”. Partiya sədri əlavə etdi ki, radikal müxalifət bundan sonra hakimiyyətlə münasibətlərini hansı müstəvi üzərində qura biləcəyi haqqında düşünməlidir: "Proseslər göstərir ki, hakim partiya əldə etdiyi uğura görə ölkə Prezidentinə minnətdar olmalıdır”. Mübariz BAYRAMOV Geri dön |