Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Məhkəmə Ayət Mehrəlibəylinin şərti azadlıq tələbini təmin etməyib
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz > Məhkəmə Ayət Mehrəlibəylinin şərti azadlıq tələbini təmin etməyib

Məhkəmə Ayət Mehrəlibəylinin şərti azadlıq tələbini təmin etməyib


Azərbaycanlı milli-mədəni fəal Ayət (Yürüş) Mehrəlibəylinin şərti azadlıq tələbi növbəti dəfə təmin edilməyib.
Məlumata görə, azərbaycanlı fəala şərti azadlıqla bağlı qanun 8 ay öncədən şamil olsa da, Təbriz İnqilab Məhkəməsi onun tələbini növbəti dəfə rədd edib.

Bildirək ki, İran İnqilab Məhkəməsi 2013 ilində azərbaycanlı milli-mədəni fəallar Mahmud Fəzli, Ayət Mehrəlibəyli, Lətif Həsəni, Şəhram Radmehr və Behbud Quluzadəni “qeyri-qanuni təşkilat qurmaq” və “sistemin əleyhinə təbliğ”də ittiham edərək hər birini 9 il həbsə məhkum edib.

Ötən 3 ildə Təbriz, Rəcayi-şəhr və Evin həbsxanalarında saxlanılan fəallar bir neçə dəfə aclıq aksiyası keçiriblər. Onların 2013-cü ildə ağır həbs cəzasına etiraz olaraq Rəcayi-şəhr zindanında keçirdikləri birgə aclıq aksiyaları bir ay davam edib.

Xatırladaq ki, bundan öncə Mahmud Fəzli şərti azadlıq qanunundan istifadə edərək Təbriz zindanından sərbəst buraxılıb. O, təxminən 3 il həbsdən sonra sentyabrın 21-də (şəhrivərin 30-da) həbsxanadan azad edilib.

Geri dön