Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz > Azərbaycanlı millət vəkili: ““Traxtur-Neft” müsabiqəsində baş verən hadisələr səhnə arxasındakı planların təzahürü idi”
Azərbaycanlı millət vəkili: ““Traxtur-Neft” müsabiqəsində baş verən hadisələr səhnə arxasındakı planların təzahürü idi” |
Ötən mövsüm İran üzrə futbol klublarının super liqa rəqabətlərinin son müsabiqəsində baş verən hadisələr hələ də aydınlaşmayıb.
Təbriz əhalisinin İran parlamentindəki millət vəkili “Təsmin” xəbər agentliyi ilə danışıqda yenidən qalmaqallı “Traxtur-Neft” müsabiqəsindən danışıb: “Traxtur-Neft oyunu səhnə arxasındakı planların təzahürü idi. Oyunçuların komandaya qəbulu, oyunda baş verən bir sıra hadisələr, oyunçuların digər komandalara intiqal edilməsi və s. kimi məsələlər oyunun nəticəsinə təsir edən faktorlar kimi Futbol Federasyonu və Liqa Təşkilatının qanuna zidd hərəkətlərinin bir hissəsidir. Məhəmməd İsmail Səidi sözügedən müsabiqədə baş verən hadisələrin araşdırılması məsələsinə toxunaraq bəyan edib ki, “Bu məsələ Mədəni Komisyonun gündəmində idi və mövzu ilə bağlı bir sıra iclaslar da keçirildi. Lakin biz buna qane olmadıq və hələ də məsələnin araşdırılmasına israr edirik.” Millət vəkili sözlərinin davamında bildirib ki, “Mövzu ilə bağlı Mədəniyyət Komisyonuna müraciət etdim. Komisyonun İdman (vərziş) Komitəsinin rəisi bu barədə tədbir alacağına dair söz verdi. O, İdman naziri, Federasyonun rəisi və Liqa Təşkilatı sədrinin qatılımı ilə birinci fürsətdə yekun iclasın keçiriləcəyinə dair vəd verdi.” Xatırladaq ki, Mayın 15-də (ordibeheştin 25-də) Təbrizdə bu şəhərin “Traxtur” takımı ilə Tehranın “Neft” komandası arasında qalmaqallı müsabiqə keçirilib. Həmin müsabiqədə İran super liqasının çempionu müəyyən edilməli idi. Xəbər verdiyimiz kimi, hakim (davər) Əlirza Fəğaninin qərəzli qərarları və gizli bir ssenari əsasında İsfahanda keçiriməkdə olan “Sepahan” müsabiqəsi ilə bağlı yalan məlumatın yayılması nəhayət ki “Traxtur” komandasını çempion olmaqdan məhrum etdi. Bununla bağlı “Traxtur” tərəfdarları ilə yanaşı yerli millət vəkilləri, bir çox rəsmi şəxs və “Traxtur” klubu dəfələrlə öz etirazını bildirib və komandaya qarşı vurulan maddi-mənəvi ziyana görə təzminat və qanunu pozanların cəzalandırılmasını tələb etdilər. Lakin bütün etirazlara rəğmən müsabiqədə baş verən hadisələr və bununla bağlı günahkar şəxslər dəqiq olaraq araşdırılıb və cəzalandırılmadı. Geri dön |