Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > “Bu hadisələr İran üçün çox ciddi siqnaldır” – AÇIQLAMA
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, Özəl xəbər, Fərəc Quliyev > “Bu hadisələr İran üçün çox ciddi siqnaldır” – AÇIQLAMA

“Bu hadisələr İran üçün çox ciddi siqnaldır” – AÇIQLAMA


Cənubda yaşayan soydaşlarımızın diskriminasiyaya məruz qalması, hüquqlarını tapdanması, şəxsiyyətlərinin aşağılanması dəfələrlə ictimai müzakirəyə çıxarılsa da, bu problem hələ də həll olunmamış qalıb.

Noyabrın 6-da İran Dövlət Televiziyasında komediya janrında tamaşaçılara təqdim olunan səhnəçik yenidən cənubda azərbaycanlıların, xüsusilə də tələbələrin etirazına səbəb olub. Səhnəçikdə diş fırçası ilə tualet fırçasını bir-birindən fərqləndirə bilməyən, dişlərini tualet fırçası ilə təmizlədiyi üçün ağzı pis qoxan bir türk uşağı təsvir edilib. Komediya fars dilində olsa da, bəzi hissələrdə türkcə dialoqlar yer alıb.

Qeyd edək ki, xeyli müddət idi cənubda milli zəmində etirazlar olmurdu. Xüsusilə indiki prezident Həsən Ruhaninin dövründə ilk belə aksiyadır ki, baş verir. Azərbaycanlıların yenidən təhqir olunması, aşağılanması nə ilə bağlıdır? Bu təxribat ola bilərmi?

Milli Məclisin üzvü, deputat Fərəc Quliyev məsələyə münasibət bildirib. O, Azərbaycan türklərinin İranda dəfələrlə təhqir olunduğunu vurğulayıb: "Azərbaycan var olsun, istəməyən kor olsun”, "Azərbaycan milləti çəkməz bu zilləti”, "Haray, Haray, biz türkük” kimi şüarlarla vətən olaraq Azərbaycan, millət olaraq türk olduqlarını bir daha göstərirlər. Bu onların özlərini təsdiq istəkləridir. Bu şüarlar həm də qlobal milli şüarlardır. Bu aksiyalar orada Azərbycan türklərinin bir daha aktivləşməsinə təkan verir. Çünki bu kimi təhqirlər türklərə qarşıdır. Orada milli şüur oyanışı olmasaydı, hadisələrə belə təpki verilməzdi”.

F.Quliyev hesab edir ki, həm Urmiya gölü məsələsi, həm İranda yaşayan azərbaycanlılara qarşı sayğısızlıq milli şüurun oyanmasına xidmət edir: "Millət başa düşür ki, azadlıq əldə etmədən, müstəqil dövlət qurmadan, belə hallar hələ uzun illər davam edəcək. Bu aksiyaların nəticəsi təkcə İran Dövlət Televiziyasının rəhbərliyinin istefası ilə nıticələnməməlidir. Eyni zamanda milli ayrı-seçkilik məsələsi, xüsusən azərbaycanlıların təhqir olunması problemi kökündən həll olunmalıdır”.

Orxan Aslanlı

Geri dön