Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Güney Azərbaycan xəbərləri, Sağlıq > Təbrizdə tutulan dinc fəal Süheyl Qadirinin səhhəti ağırdır
Təbrizdə tutulan dinc fəal Süheyl Qadirinin səhhəti ağırdır |
Güney Azərbaycanın paytaxtı Təbrizdə tutularkən polis zorakılığına məruz qoyularaq vəhşicəsinə döyülən milli-mədəni fəal Süheyl Qadirinin səhhətinin ağır olduğu barədə məlumat yayılıb.
Təbrizli fəala yaxın mənbələrin bildirdiyinə görə, onun səhhətinin ağır olması ailəsinin ciddi nigaranlığına səbəb olub. Süheyl Qadiri noyabrın 10-da Təbrizdə irqçılığa qarşı keçirilən dinc aksiyada tutulub. Onun hazırda təcili müalicə almağa ehtiyacı olduğu bildirilir. Fəalın konkret nədə günahlandırıldığı bilinmir. Qeyd edək ki, noyabrın 6-da İran Dövlət Televiziyasının 2-ci kanalından yayımlanan “Fitilə” adlı proqramda Azərbaycan türkləri iyrənc bir şəkildə açıq-aşkar təhqir edilərək alçaldılıb. Noyabrın 9-da isə İranın azərbaycanlılar yaşayan bütün əyalətlərində yüz minlərlə insan küçələrə axışaraq ölkəyə hakim fars irqçılığına qarşı etiraz aksiyası və yürüşlər keçiriblər. Təbriz və Urmiyada polislə qarşıdurmada yüzlərlə azərbaycanlı fəal tutulub, bir neçə adam bədən xəsarəti alıb, ən azı bir nəfər də polis tərəfindən öldürülüb. Geri dön |