Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Güney Azərbaycan xəbərləri > «Ocaqnejadların qarşısı alınmalıdır»
«Ocaqnejadların qarşısı alınmalıdır» |
Əlirza Amanbəyli: «Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi niyə Ocaqnejad və onun kimilərinin buradakı fəaliyyətinə dözür?»
İran ölkəmiz əleyhinə öz çirkin niyyətlərindən əl çəkmir. Hətta bu işdə İranın Bakıdakı səfirliyinin bir sıra əməkdaşları da canfəşanlıq göstərirlər. Onlardan biri də İran Mədəniyyət Mərkəzinin keçmiş rəhbəri, Bakıdakı səfirliyin mədəniyyət məsələləri üzrə müşaviri Seyid Əli Əkbər Ocaqnejaddır. O, Bakıda, Kazımzadə küçəsi, ev 31 ünvanında, əhalinin «Hüseyniyyə» məscidi kimi tanıdığı yerdə qanunvericiliyə zidd olaraq moizələr oxuyur. Onu da qeyd edək ki, bu yer əslində İranın ölkəmizdəki səfirliyinin Mədəniyyət Mərkəzinin balansındadır. APA əməkdaşlarının apardığı müşahidələrə görə, bu küçədəki tikili məscid olmasa da, faktiki olaraq İran vətəndaşlarının nəzarəti altında məscid kimi fəaliyət göstərir. Burpada oxunulan moizələrdə isə hətta Azərbaycan təhdid edilir. Maraqlıdır ki, APA əməkdaşları burada çəkiliş aparmaq istəsələr də, onlara icazə verilməyib. Onu da xatırladaq ki, vaxtilə Dini Qurumlarla İş üzrə Komitə bu yerin İran vətəndaşların dini tələbatlarını ödəmək üçün istifadəsinə etiraz etməyib. Amma bir şərtlə ki, ora Qafqaz Müsəlmanları İdarəsilə razılaşdırılaraq Azərbaycan vətəndaşı olan imam və ya axund təyin edilməlidir. Lakin buna da əməl olunmayıb. «Hüseyniyyə»də dini ayinlərə hələ də İranın vətəndaşı rəhbərlik edir. Həm də burada Azərbaycan vətəndaşlarına da ibadət etmələrinə şərait yaradılır. Bunlar isə sözügedən razılaşma və Azərbaycan qanunvericiliyinə, «Dini etiqad azadlığı haqqında» qanunun 21-ci maddəsinə ziddir. Vəziyyətin belə olmasına cavab olaraq Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi onlara irad bildirərək xəbərdarlıq edib. Amma buna baxmayaraq, Ocaqnejadın rəhbərliyi altında burada hələ də təxribatçı hərəkətlər davam etdirilməkdədir. Ümumiyyətlə, Azərbaycanda xeyriyyəçilik adı altında fəaliyyət göstərərək, bu sayaq mədəniyyət mərkəzləri əslində dövlətimizə qarşı pis əməllərlə məşğuldur. Onlar daim çalışırlar ki, Azərbaycanda stabillik olmasın. Bu işlərin başında da məlumatlara görə məhz həmin Ocaqnejad dayanır. Amma nədənsə, bu insanın ölkəmizdəki təxribat əməllərinə göz yumulur? Maraqlıdır, nə üçün? Milli Dirçəliş Hərəkatı Partiyası (MDHP) sədr müavini Əlirza Amanbəyli bildirdi ki, belə təxribat əməllərinin qarşısı alınması ölkəmiz üçün ciddi təhlükələr yarada bilər: «Ocaqnejad məsələsi heç də dünənin məsələsi deyil. 1990-cı ildən İran Azərbaycanda kifayət qədər mədəniyyət mərkəzləri, məscidlər tikmək fəaliyyətində bulunub. Amma orada Azərbaycanı təmsil edən səfirlik və Təbrizdə yeni açılan konsulluqdan başqa digər qurumlarımız yoxdur. Hə Azərbaycan Mədəniyyət Mərkəzi, nə də hansısa bir kitab evləri fəaliyyət göstərmir. İran rejimi bunlara imkan vermir. Onlar isə Azərbaycan daxilində istədikləri hərəkəti görürlər. Burada təriqətləri yaymaqla onları bir-birinə qarşı qoymağa çalışırlar. Ocaqnejad İran İnqilabi Keşikçilər Korpusunun Xamneyinin Azərbaycandakı nümayəndəsidir. Deməli, belə bir qurumun burada səlahiyyətli nümayəndəsi fəaliyyət göstərir. İrandan gələn mallar həmin keşikçilər korpusunun nəzarəti altında realizə edilir. Onların nəzarəti olmadan həmin malların burada realizə edilməsi mümkün deyil. Həmin mallar burada satılır, ondan əldə olunan pullar da məhz Azərbaycanda, müxtəlif «xeyriyyə tədbirləri» adı altında xərclənir. Onlar bir iki nəfərə yağ, düyü və s. paylamaqla əhalini ələ almağa çalışır. Hüseyniyə məscidilə bağlı təəssüf ki, heç bir tədbir görülmür. Bu məscid Bakının Təbriz küçəsində yerləşir. Bura İrandan gələnlərdən çox yerli əhali toplaşır. Həm də bizim əleyhimizə təbliğat aparırlar. Azərbaycan tolerant ölkədir. Amma bu heç də o demək deyil ki, gəlib burada ölkəmiz əleyhinə təbliğatla məşğul olmalısan. Sirr deyil ki, normadan artıq tolerantlıq sonda təhlükəyə gətirib çıxarır. İran kəşfiyyatı Bakıdan başqa, Gəncə və digər şəhərlərdə də iş aparır. Onlar Gəncədə «Xomeyni» və «Qüds əsgərləri» adı altında iş görürlər. İran istədiyi formada burada iş görürsə, qarşılıqlı olaraq İranda da Azərbaycanın mədəniyyət mərkəzləri yaradılmalıdır. Orada Azərbaycan televiziyalarının açıq yayımına imkan verilməlidir. İran torpaqlarımızı işğal edən Ermənistanı qaz və neftlə təmin edir, ona hərtərəfli yardım əlini uzadır. Özünü islam dövləti kimi təqdim edən bu ölkə Qarabağ məsələsi gələndə isə daha çox işğalçı Ermənistanın tərəfini saxlayır. Bizim ərazi bütövlüyümüzü dəstəklədiyini yalnız sözdə ifadə edir. Əməldə isə Ermənistanın arxasında dayanır. Bizim güneydəki soydaşlarımız İrandan Ermənistana un məmulatları, silah, sursat, tibbi ləvazimatlar keçirəndə şəklini çəkiblər. Azərbaycanın hüquq-mühafizə orqanları niyə bu işlərin qarşısını alıb, onlara öz yerini göstərmir? Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi niyə Ocaqnejad və onun kimilərinin buradakı fəaliyyətinə susqunluqla cavab verir, dözür. Bu gedişaatla Azərbaycan dövlətinə qarşı ciddi təhlükələr gözlənilir. Ocaqnejad kimilərin qarşısı alınmalıdır». Rəsul MƏMMƏDOV Geri dön |