Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Mədəniyyət, DAVAMın yazıları > SİYASƏTDİ, SİYASƏT
SİYASƏTDİ, SİYASƏT |
Cahanda hey mərəkə,
Ev-ev gəzir səksəkə, Qeyzlənir hər ölkə, Qırğınlar alır vüsət, Siyasətdi, siyasət. Nə qədər ölüm, qada, Sakitlik yox dünyada, Gedir vicdanlar bada, İndi ən yaxşı sənət, Siyasətdi, siyasət. Dinlər əldə oyuncaq Söndürülür çox ocaq, Qan içində hər bucaq, Artır ilbəil zillət, Siyasətdi, siyasət. Hökümdarlar dilləşir, İmanla kin əlləşir, Axan qanlar selləşir, Düşür araya həşir, Yalançı hörmət, izzət, Siyasətdi, siyasət. Ölkələr ağlaşırlar, Ələmə bağlaşırlar, Dərd olub dağlaşırlar, Əzir milləti millət, Siyasətdi, siyasət. Böyük xalqlar ağadır, Kiçik xalqlar çağadır, Qartala şah qarğadır, Yaxşılıqda hər niyyət, Siyasətdi, siyasət. Qanunların hər üzü, Yatmayır gecə gözü, Çalxalanır Yer üzü... Sabahımız ya qismət, Siyasətdi, siyasət. Savaş bəşərin dəbi, Artdıqca artır təbi, Kimdə qırğının həbi?! Yəhudiylə ərəbi Yağı edən qiyamət, Siyasətdi, siyasət. Fələstində qan axır, Hökmdarlar yan baxır, Əfqanıstanı yıxır, Ölüm, zülüm və illət Siyasətdi, siyasət. Çeçenlər qara bağlar, Ürəyi yara bağlar, Bu dünya qalıb ağlar! Hər şahda şaha hörmət Siyasətdi, siyasət. Balkanlar həzar edər, Sinəsi ah-zar edər, Evini məzar edər... Orda qanlı müsibət Siyasətdi, siyasət. Qarabağ qara bağrı, Kəsir bizi bu ağrı, İblisin sözü doğru, Haqqı ediblər oğru! Allaha da itaət, Siyasətdi, siyasət. Var İsada bir dua Qılmırsan cana rəva, Etmə özgəyə dəva! Kökümüz Adəm, Həvva, Əlinizdə ibadət Siyasətdi, siyasət. Milli qırğınlar daşır, İblis, şeytan ulaşır, Zülümlər başdan aşır, Bütün dünya savaşır...! Edilib qana adət, Siyasətdi, siyasət. Dolubdu səbrin qabı, Göyün, Yerin yox tabı, Allahın hər kitabı Bəşərin haqq-hesabı!... Tanrıya da xəyanət Siyasətdi, siyasət. Fitnə-fe‘ldən həzar, Rəbbim bir ömür yazar, Bizdən sonra dar məzar, O da dünyaya azar, Bunu duymaq da, əlbət Siyasətdi, siyasət. Ağalar dingildəyir, Qədəhlər cingildəyir, Tulalar zingildəyir, Şər yolu edilib qət, Siyasətdi, siyasət. Ey Şadiman, etmə qəm, Ömür bəxtə düşən dəm, Eyləmə nəş‘əni kəm, Dünya gözündəki, nəm Şah qədəhində şərbət... Siyasətdi, siyasət. Siyasətdi, siyasət. 31.10.2001. Şirin xanım Kərimbəyli Şadiman Geri dön |