Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Nazir: Azərbaycanda ipoteka kreditinə 200 milyon manat cəlb ediləcək
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Sosial > Nazir: Azərbaycanda ipoteka kreditinə 200 milyon manat cəlb ediləcək

Nazir: Azərbaycanda ipoteka kreditinə 200 milyon manat cəlb ediləcək


"Azərbaycan İpoteka Fondu" ASC ölkədə ipoteka kreditinin genişlənməsi üçün daxili bazardan 200 milyon manat cəlb etməyi planlaşdırır.

Bunu Azərbaycanın maliyyə naziri Samir Şərifov jurnalistlərə bildirib. Bununla yanaşı, nazir qeyd edib ki, dövlət büdcəsindən növbəti ildə ipotekanın maliyyələşdirilməsinə 50 milyon manat ayırılacaq.

200 milyon manat cəlb edilməsi vaxtını nazir dəqiq söyləməyib. Daxili bazardan vasitələrin cəlb edilməsi Azərbaycan ipoteka fondunun yenidən təşkil edilməsində sonra mümkün olub.

Geri dön