Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Fransa Senatının qəbul etdiyi qanundan Konstitusiya Məhkəməsinə şikayət etmiş senatorlardan ibarət nümayəndə heyəti Azərbaycana səfərə gələcək
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm > Fransa Senatının qəbul etdiyi qanundan Konstitusiya Məhkəməsinə şikayət etmiş senatorlardan ibarət nümayəndə heyəti Azərbaycana səfərə gələcək

Fransa Senatının qəbul etdiyi qanundan Konstitusiya Məhkəməsinə şikayət etmiş senatorlardan ibarət nümayəndə heyəti Azərbaycana səfərə gələcək


Fransa parlamentində qondarma “erməni soyqırımı” iddialarını inkara görə cinayət məsuliyyəti müəyyən edən qanunun qəbul olunması Azərbaycanda istər rəsmi orqanlar, istər parlament , istərsə də ictimaiyyət tərəfindən kəskin şəkildə pislənilib.

Diasporla İş üzrə Dövlət Komitəsindən verilən məlumata görə, dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlılar da Fransa parlamentinin bu qərarına kütləvi surətdə etirazını bildiriblər. Dünyanın onlarla ölkəsində fəaliyyət göstərən 60-dan artıq Azərbaycan diaspor təşkilatı Fransa parlamentinin qondarma “erməni soyqırımı” iddialarını inkara görə cinayət məsuliyyəti müəyyən edən qanun qəbul etməsini qınayıb, həmin qanunun söz və ifadə azadlığını kobud surətdə pozması ilə yanaşı bölgədə sülhə, əmin-amanlığa və qarşılıqlı etimad mühitinin yaranmasına xidmət etmədiyini vurğulayıblar.

Azərbaycanın bu məsələdə Türkiyəyə verdiyi dəstək rəsmi Ankara tərəfindən yüksək qiymətləndirilib. Türkiyənin Baş naziri Rəcəb Tayyip Ərdoğan Azərbaycanın bu məsələdə Türkiyəyə lazımi dəstəyi verdiyini qeyd edərək “Azərbaycan bizin qardaşımızdır və qardaş çiyni həmişə bizimlədir” deyə vurğulayıb. Türkiyə tərəfi qondarma “erməni soyqırımı” iddialarını inkara görə cinayət məsuliyyəti müəyyən edən qanun layihəsinin ləğv edilməsinə dair senatorların Fransa Konstitusiya Şurasına müraciət etməsində, Fransalı deputatların mövqelərindən geri çəkilməyə inandıran Azərbaycanın da önəmli rol oynadığını bildirib.

Azərbaycan Respublikası Fransa parlamentinin qondarma “erməni soyqırımı” iddialarını inkara görə cinayət məsuliyyəti müəyyən edən qanun layihəsinin tam şəkildə ləğv olunması üçün səylərini davam etdirir. Fevralın 5-də adı çəkilən qanun layihəsinin ləğv olunması üçün Fransa Konstitusiya Şurasına müraciət etmiş senatorlardan bir qrupu Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinin dəvəti ilə Azərbaycana gələcək.
Fransadan gələn nümayəndə heyətinin tərkibinə senatorlar Natali Qule (Nathalie Goulet), Silvi Qo-Şaven (Sylvie Goy-Chavent), Jan-Mari Bokel (Jean Marie Bockel), Evre More (Herve Maurey), Andre Rexar (Andre Reichard), Cani Lorju (Jeanny Lorgeoux) daxildir. Azərbaycana səfər zaman Fransalı senatorlar Milli Məclisdə, bir sıra nazirliklərdə görüşlər keçirəcəklər. Fransa senatorları həmçinin Dağlıq Qarabağ münaqişəsi nəticəsində qaçqın və məcburi köçkün düşmüş azərbaycanlılarla görüşəcək, onların həyat şəraiti ilə tanış olacaqlar. Fransa Senatı nümayəndə heyətinin Azərbaycana səfəri fevral 10-da başa çatacaq.

Geri dön