Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Fəlsəfə və Hüquq İns­titutu - qarşısında duran vəzifələr və onların həlli yolları”na həsr olunmuş tədbir keçirilmişdir
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, Mədəniyyət > Fəlsəfə və Hüquq İns­titutu - qarşısında duran vəzifələr və onların həlli yolları”na həsr olunmuş tədbir keçirilmişdir

Fəlsəfə və Hüquq İns­titutu - qarşısında duran vəzifələr və onların həlli yolları”na həsr olunmuş tədbir keçirilmişdir


Bu gün AMEA-nın Fəlsəfə və Hüquq İnstitutunda, Azərbaycan Milli Elmlər Aka­de­mi­­ya­sının 70 illiyinə həsr olunmuş iclasda, ölkə pre­zi­denti, cənab İl­ham Əliyevin məruzəsi ilə əla­qə­dar olaraq “Fəlsəfə və Hüquq İns­titutu qarşısında duran vəzifələr və onların həlli yolları”na həsr olunmuş ümumi iclas keçirilmişdir.

İclası giriş məruzəsi ilə açan İnstitut direktoru, fəlsəfə elmləri doktoru, pro­fes­sor İlham Məmmədzadə Milli Elmlər Akademiyasının 70 illik yubileyinin yüksək sə­viyyədə keçirilməsi barədə ətraflı məlumat vermişdir. O, qeyd etmişdir ki, yu­bi­ley tədbirlərində ölkə Prezidenti, cənab İlham Əliyevin proqram əhəmiyyətli, dərin məz­munlu məruzəsi alimlər qarşısında yeni və mühüm vəzifələr qoymuşdur. Elmin in­kişafı üzrə yeni dövr üçün strategiyanın və dövlət proqramının hazırlanmasının va­cibliyi əsaslandırılmışdır. Qeyd olunmuşdur ki, bu proqramın fəlsəfə və hüquq elm­­lərində aid olan hissəsi İnstitutumuzun alimləri tərəfindən kompleks şəkildə ha­zır­lanmalı və həyata keçirilməlidir. O, əsaslandırmışdır ki, Azərbaycan Respub­li­kasının Prezidenti, cənab İlham Əliyev öz məruzəsində hu­manitar və ictimai elmlər sa­­həsində əldə edilmiş nailiyyətlərə yüksək qiymət ve­rə­rək, ölkəmizin hazırda dün­ya­nın multikulturalizm mərkəzinə çevrilməsini qürur his­si ilə vurğulamış, mul­ti­kul­turalizmin tarixinin, müasir vəziyyətinin, in­kişaf meyllərinin tədqiq olunmasını alim­lər qarşısında bir vəzifə kimi irəli sür­müş­dür. Azərbaycan dilinin inkişafı, qo­ru­nub saxlanması, tətbiqi sahəsində müs­tə­qil­lik illərində mü­hüm tədbirlər həyata ke­çirilsə də, ölkə Prezidenti bu işlərin daha da genişlən­di­ril­mə­si­ni və qətiyyətlə hə­ya­ta keçirilməsini vacib hesab etmişdir.

Hüquqi dövlət quruculuğu mərhələsində Fəlsəfə və Hüquq İnstitutunun qarşısında duran vəzifələr barədə İnstitut direktorunun elmi işlər üzrə müavini, hüquq elmləri doktoru, professor Bəhram Zahidov məruzə etmiş və ölkə Prezidenti, cənab İlham Əliyevin yubiley tədbirlərindəki çıxışı ilə əlaqədar olaraq kompleks tədbirlərin hazırlanıb həyata keçirilməsinin vacibliyini əsaslandırmışdır.

Sonra çıxış edən fəlsəfə elmləri doktoru Füzuli Qurbanov elmlərarası, fənlərarası tədqiqatların vacibliyi və əhəmiyyəti barədə danışaraq multidistplinar baxımdan yeni elmi metodların tətbiqini vacib hesab etmişdir.

Daha sonra iclasda elmi katib, f.ü.f.d. Səidə Əliyeva, elmi işlər üzrə direktor müavini f.ü.f.d. Roida Rzayeva, f.e.d. Rəna Mir­zəzadə, h.e.d., prof. İsaxan Vəliyev, h.e.d. Mirağa Cəfərov, h.e.d., prof. Habil Qurbanov və başqaları çıxış edərək, ölkə Prezidenti, cə­nab İlham Əliyevin məruzəsindən irəli gələn vəzifələrin vaxtında, keyfiyyətli və yük­sək səviyyədə icrasını vacib hesab etmişlər.

Geri dön