Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Nardaran hadisələrinə görə saxlanılan 14 nəfərin hamısı barəsində həbs qətimkan tədbiri seçilib
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Hüquq > Nardaran hadisələrinə görə saxlanılan 14 nəfərin hamısı barəsində həbs qətimkan tədbiri seçilib

Nardaran hadisələrinə görə saxlanılan 14 nəfərin hamısı barəsində həbs qətimkan tədbiri seçilib


Nardaranda baş verən hadisəyə görə saxlanılan 14 nəfər barədə həbs qətimkan tədbiri seçilib.

Onlar barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

14 nəfər barəsində Cinayət Məcəlləsinin 120 (qəsdən adam öldürmə), 214 (terrorçuluq), 220 (kütləvi iğtişaş), 228 (qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə), 233 (ictimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə), 278 (hakimiyyəti zorla ələ keçirmə və ya onu zorla saxlama), 283 (milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınması), 315-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və zor tətbiq etmə) maddələr üzrə ittiham irəli sürülüb.

Xatırladaq ki, noyabrın 26-da hüquq-mühafizə orqanlarının Nardaranda keçirdiyi əməliyyat zamanı 2-si polis olmaqla 6 nəfər həlak olub.

Geri dön