Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, Özəl xəbər, Fərəc Quliyev > Fərəc Quliyev: -Başqa ölkələrin əlində alət olub öz Vətəninə qarşı çıxmaq imansızlıqdır.
Fərəc Quliyev: -Başqa ölkələrin əlində alət olub öz Vətəninə qarşı çıxmaq imansızlıqdır. |
Taleh Bağırzadə və tərəfdarları dini çirkin məqsədlərinə qurban verdilər
Fərəc Quliyev: “Başqa ölkələrin əlində alət olub öz Vətəninə qarşı çıxmaq imansızlıqdır” Azər Həsrət: “Bəzi qüvvələr Azərbaycanda yüksək səviyyədə təmin edilən vicdan və din azadlığından öz çirkin məqsədləri naminə sui-istifadə etməyə çalışırlar” Noyabrın 26-də Nardaran qəsəbəsində ekstremist dairələrlə bağlı baş verən olay din pərdəsi adı altında fəaliyyət göstərən radikalların, konkret halda Taleh Bağırzadə və tərəfdarlarını bütün cəmiyyət üçün nə dərəcədə təhdid yaratdığını yenidən aydın şəkildə nümayiş etdirdi. Bir daha məlum oldu ki, ekstremistlər ölkəmizdə şəriət qaydaları ilə idarə olunan dövlət qurmaq istəyir, əmrləri də xaricdən alırlar. Millət vəkili Fərəc Quliyev bildirdi ki, din pərdəsi altında gizlənən ekstremist qüvvələrin bu çirkin hərəkətləri Azərbaycanı və İslam dinini gözdən salmağa hesablanmış addımdır: "Dindarlar gərək bu məsələyə bir mövqe qoysun. Televiziya və digər təbliğat vasitələrindən istifadə etməklə ictimai rəyi formalaşdırmalıdırlar. Gerçək din bəzi ekstremist qüvvələrin etdiyi hərəkətlər və dedikləri fikirlər kimi deyil axı! Deyirik ki, Vətənə məhəbbət imandandır. Hansı dinə mənsub olmasından asılı olmayaraq imanlı insanlar Vətənə bağlı olur, onun mənafeyini qoruyur və yolunda şəhid olmağa hazır olurlar. Başqa ölkələrin əlində alət olub öz Vətəninə qarşı çıxmaq imansızlıqdır. Göründü ki, İŞİD adı ilə belələrini hazırlayıb İslamı gözdən salmaq istəyirlər. O cümlədən din pərdəsi adı altında bir qrup adamı ortaya atmaqla Azərbaycanda da İslamı nəzərdən salmağa çalışırlar. Bu məsələnin imanlı, din adamlarına heç bir aidiyyatı yoxdur. İslam dini barış dinidir. Azərbaycan müxtəlif ölkələrin maraq dairəsindədir. Xüsusən dini amil silahından istifadə edib ölkəmizə qarşı öz imkanlarını qoymaq istəyən qüvvələrin zərərsizləşdirilməsi vacibdir. Hesab edirəm ki, ölkə rəhbərliyi, Daxili İşlər Nazirliyi doğru addım atıb. Ölkə mənafeləri söz mövzusu olan yerdə heç bir güzəştdən söhbət gedə bilməz. Ciddi şəkildə din adamları, Qafqaz Müsəlmanları İdarəsi, Dini Qurumlarla İş üzrə qurum bu məsələlərin dinə aid olmamasını təblig etməlidir. Məlum olmalıdır ki, siyasi spekulyasiyalarda din amilindən istifadə etməyin İslama heç bir aidiyyatı yoxdur. Amma biz hər bir ölkədə İslama qarşı mövqe və münasibətin pis mənada dəyişməsinin də qarşısını almalıyıq. Bir çoxları belə olayların arxasında İranın adını çəkməyə ehtiyat edir. Amma İran burada uzun illər müəyyən işlər görüb. Həm də bəzi fitvalar verirlər. İranın qum şəhərində Şimali Azərbaycandan gedib təhsil alan uşaqlardan heç birinə indiyə qədər yüksək rütbəli din xadimi adı verilməyib. Onların iddiasına görə, yüksək rütbəli din xadimləri də yalnız İrandan olmalıdır. Deməli, onlar İslamı özlərinin monopoliyasına alıb, istədikləri formada siyasət yeritməyə çalışırlar. Bu amillə də Azərbaycanda müəyyən işlər görmək istəyirlər. Hesab edirəm ki, onların qarşısında millətçi qüvvələr, türk və İslam birliyi adı altında millət və din əl-ələ tutaraq dayanmalıdır. Çünki İran ümmətlilik siyasəti adı altında öz siyasətini yeridir. Amma bütün ümmətlərin bərabər olduğunu demələrinə baxmayaraq, Ermənistana münasibətdə tamamilə fərqli münasibət tutur, onu hərtərəfli şəkildə dəstəkləyirlər. Pakistan müsəlman ölkəsi olaraq Ermənistanı bu günə qədər dövlət olaraq tanımadığı halda, İran işğalçı ölkəyə qucağını açıb. Hesab edirəm ki, Nardaranda baş verən hadisə, polisə silah çəkmək birmənalı şəkildə İrandan qaynaqlanan məsələdir”. Siyasi şərhçi Azər Həsrət təəssüflə qeyd etdi ki, bəzi qüvvələr Azərbaycanda yüksək səviyyədə təmin edilən vicdan və din azadlığından öz çirkin məqsədləri naminə sui-istifadə etməyə çalışırlar: "Dini ekstremist qüvvələrin özlərinə meydan tapa bilməsi əslində, Azərbaycan dövlətinin hədsiz humanizmliyindən irəli gəlir. Azərbaycan dövləti əlindən gələni edir ki, insanlarımız vicdan azadlığını ən yüksək səviyyədə icra edə bilsin. Amma təəssüf ki, bəzi qüvvələr bu amildən sui-istifadə edərək, ölkədə insanlarımızın yanlış yola yönləndirilməsinə çalışırlar. Təbii ki, onların arxasında müəyyən xarici qüvvələr də var. Onların da məqsədi Azərbaycanı gücdən, gözdən salmağa, ölkə içində xaos yaratmağa, vətəndaş narazılığını gücləndirməyə hesablanıb. Nardaranda baş verən hadisə də məhz bütün bunların nəticəsində olub. Düşünürəm ki, Azərbaycan polisinə silah tuşlayan istənilən adam ən şiddətli bir şəkildə cəzalandırılmalıdır. Belə hadisələrin ölkə üzrə yayılma ehtimalı yaxşı ki, çox deyil. Həmin təxribatçıların əməllərinə ölkədə dəstək göstəriləcəyini düşünmürəm. Hər kəs Nardaranda baş verən hadisənin səbəbkarlarını lənətləyir. Azərbaycan xalqı yetərincə bəlalar görüb. Ona görə də insanlarımız belə məsələlərə yetərincə ayıq və sayıq yanaşa bilirlər. Amma bununla belə yetişməkdə olan nəslin yoldan çıxarılması bu cür insanların əlində hələ də alət olaraq qalır. Ona görə də dövlət və vətəndaş əl-ələ verərək, belə təxribatların qarşısını almalıdırlar”. Rüfət NADİROĞLU Geri dön |