Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər > Prezident İlham Əliyev:Azərbaycan gələcəkdə də öz tərəfdaşlarının enerji təhlükəsizliyinin təminatında fəal iştirak edəcək
Prezident İlham Əliyev:Azərbaycan gələcəkdə də öz tərəfdaşlarının enerji təhlükəsizliyinin təminatında fəal iştirak edəcək |
Almaniyada işgüzar səfərdə olan Azərbaycan Prezidenti İlham Əliyev cümə günü 48-ci Münxen Təhlükəsizlik Konfransının əsas tədbirlərindən olan "Enerji, ehtiyatlar və ətraf mühit: yeni təhlükəsizlik parametrləri" mövzusunda müzakirələrdə iştirak edib. Azərbaycanın birinci xanımı Mehriban Əliyeva tədbirin iştirakçıları arasında olub.
Tədbirin aparıcısı Azərbaycan Prezidenti İlham Əliyevə və digər qonaqlara bu konfransda iştirak etdiklərinə görə minnətdarlığını bildirib. Aparıcı Prezident İlham Əliyevi müzakirələrin əsas məruzəçisi kimi təqdim edib. Dövlətimizin başçısı konfransda çıxış edib. Prezident İlham Əliyev Azərbaycanda neftçıxarma ənənələri haqqında danışarkən bildirib ki, respublikamız nefti sənaye üsulu ilə hasil edən ilk ölkədir. İndi Azərbaycan neft məhsulları nəqlinin şaxələndirilməsinə xüsusi diqqət yetirir. Bununla yanaşı, nəhəng təbii qaz resurslarına malik ölkəmizin qaz ehtiyatları indi 2,5 trilyon kubmetr təşkil edir. Prezident İlham Əliyev ölkəmizin enerji təhlükəsizliyinin təmin olunmasına xüsusi diqqət yetirdiyini, şaxələndirilmiş neft-qaz kəmərlərinə malik Azərbaycanın öz tərəfdaşlarının enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynadığını bildirib. 2011-ci ildə "Cənub qaz dəhlizi"nə dair Bakıda Avropa Komissiyasının sədri Xose Manuel Barrozu ilə birlikdə imzaladıqları sazişin əhəmiyyətinə toxunan dövlətimizin başçısı bildirdi ki, bu, Azərbaycan qazının Türkiyədən keçməklə Avropa bazarlarına daxil olmasına geniş imkanlar açır. "Enerji təhlükəsizliyi indi dünyada milli təhlükəsizlik məsələsinə çevrilib", - deyən Prezident İlham Əliyev ekoloji məsələlərin həllinin də ölkəmizdə diqqət mərkəzində olduğunu, Azərbaycanın alternativ enerji mənbələrinin yaradılmasına və tətbiqinə böyük diqqət göstərdiyini bildirib. Dövlətimizin başçısı deyib ki, Azərbaycan bundan sonra da tərəfdaşlarının enerji təhlükəsizliyinin təmin olunmasında yaxından iştirak edəcəkdir. Sonra Avropa İttifaqının enerji məsələləri üzrə komissarı Günter Ottinger, Ukrayna Prezideni Viktor Yanukoviç və digər qonaqlar çıxış ediblər. Geri dön |