Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Nardaran təxribatının arxasında hansı ölkə var? – Millət vəkili açıqladı
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, Özəl xəbər, Fərəc Quliyev > Nardaran təxribatının arxasında hansı ölkə var? – Millət vəkili açıqladı

Nardaran təxribatının arxasında hansı ölkə var? – Millət vəkili açıqladı


Fərəc Quliyev: “Bu, birmənalı şəkildə İrandan qaynaqlanan məsələdir”

Nardaranda baş verən hadisə, bəzi ekstremist qüvvələrin hüquq-mühafizə orqanları əməkdaşlarına silah çəkərək, iki nəfər polis işçisini qətlə yetirməsi Azərbaycanda vəziyyətin gərginləşməsində müəyyən dairələrin marağının olduğunu göstərir. Bu isə onu deməyə əsas verir ki, Nardaranda baş verən olayın arxasında hansısa xarici qüvvələr durur.

Məsələ ilə bağlı Yenicag.az-a açıqlama verən millət vəkili Fərəc Quliyev həmin hadisənin birmənalı şəkildə İrandan qaynaqlandığını bildirdi: “Bir dəfə parlamentdə Ombudsman həbsxanalarda məhbusların hüquqları haqqında məsələ ətrafında çıxış edərkən, məsələ qaldırdım ki, polisin özünə qarşı olan hörmətsizlik və qanun pozuntularında adamlar necə cəzalandırılır? Axı polislər də bizim həmvətəndaşımızdır. Həm də onlar qanunu müdafiə edirlər. Bu insanların papağını götürüb yerə vuran adamları başımızın üzərinə qaldıracağıq? Onlar ən sərt şəkildə cəzalandırılmalıdır. Azərbaycan polisinə silah qaldıran Azərbaycan bayrağına silah qaldırır, xalqın özünə, onun təhlükəsizliyinə silah qaldırır. Azərbaycan polisi, övladlarımız lazım olanda müharibədə sərgərlərdə yatıblar, indi isə təhlükəsizliyi təmin edən qüvvələrdir. Onları bağrımıza basmaq əvəzinə, silah qaldırmaq olarmı? Bu çirkin işi görənləri nəinki dövlət, hökumət orqanları, millət özü daşqalaq etməlidir. Azərbaycan polisinə silah qaldırmaq anormal məsələdir. Bu din amilindən istifadə edərək, bəzi xarici ölkələrin baltasına sap olanlar da fəallaşmağa başlayacaq. Çalışacaqlar ki, belə məqamlardan istifadə etsinlər. Amma bütövlükdə həmin olayın arxasında dayanan qüvvələri axtarsaq, ortaya mütləq mənada Azərbaycana dost olmayan ölkələrin kəşfiyyat qurumlarının əli çıxacaq. Hesab edirəm ki, Nardaranda baş verən hadisə, polisə silah çəkmək birmənalı şəkildə İrandan qaynaqlanan məsələdir”.

ELÇİN

Geri dön