Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, Müsahibə, Özəl xəbər, Fərəc Quliyev > Xarici kəşfiyyat orqanlarının proseslərdə əli var - Fərəc Quliyev
Xarici kəşfiyyat orqanlarının proseslərdə əli var - Fərəc Quliyev |
Millət vəkili, Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyev son günlərdə Azərbaycanın ictimai-siyasi həyatında gündəm mövzusu olmuş proseslər barədə “Cümhuriyət”in suallarını cavablandırıb.
- Fərəc bəy, ilk olaraq Nardaranda polislə dindarlar arasında baş vermiş insidentlə münasibətinizi bilmək istərdik. - Şəhid olmuş polislərimizə Allahdan rəhmət diləyirəm. Təəssüf edirəm ki, Azərbaycanda qardaş-qardaşı öldürüb. Nə səbəblə olursa-olsun azərbaycanlılar biri-birlərinə qarşı olublarsa, bu hamımız tərəfindən ağrılı qarşılanır. Hesab edirəm ki, Azərbaycanda ciddi maraqları olan və bizə dost olmayan qonşu dövlətlərin ölkəmizə qarşı proyektləri var. İndi bu açıq şəkildə üzə çıxır. Nardaranda baş verənlər dinlə əlaqədar deyil. İranın kəşfiyyat orqanlarının proseslərdə birbaşa rolu var. Azərbaycanda dini dövlətə qarşı qoymaq, bölücülük yaratmaq üçün din amilindən istifadə edirlər. Məsələni Azərbaycana qarşı xaricdən təhdid kimi və ölkəmizlə bağlı proyektin həyata keçirilməsi üçün çalışma kimi qeyd etmək lazımdır. Belə hallara qarşı dövlət tərəfindən ən ciddi tədbirlər görülür və bunu təqdir edirəm. Daxili İşlər Nazirliyi və digər güc strukturları tam səfərbər olaraq, dövlətə qarşı olan bütün cəhdlərin qarşısını almalıdırlar. Kimsə, hansısa qurum, hansısa dövlət Azərbaycanın dövlət maraqlarını tapdalamaq, ölkəmizə qarşı olmaq, burada pozuculuq fəaliyyəti göstərmək istəyirsə ən sərt tədbirlərlə qarşılaşmalıdır. Azərbaycan polisinə atəş açmaq, onu öldürmək dövlətimizin atributunu, Azərbaycan qanunlarını, Azərbaycan millətini öldürmək deməkdir. Polis bu millətin güvənc yeridir. Polis müharibədə səngərlərdə də döyüşüb, indi təhlükəsizliyimizi təmin edir. Üzərində Azərbaycanın gerbini, bayrağını daşıyır. Ayıq-sayıq olmaq lazımdır. İnzibati tədbirlərdən əlavə din adamları, dini qurumlar da ehtiyatlı olmalıdırlar. Orta, ali məktəblərdə, bütün ictimai yerlərdə aydınlaşdırmalar aparılmalıdır. Telekanallarda bayağı verilişlərin yerinə dinin əsl mahiyyəti göstərilməlidir. İslam dini pozucu yox, barış dinidir. İslam təkcə müsəlmanlara yox, digər dinlərin daşıyıcılarına da sayğı ilə yanaşır. Buna görə hesab edirəm ki, Nardaranda baş verənlər başqa dövlətlərin Azərbaycanda pozuculuq fəaliyyətinin tərkib hissəsidir. Proseslərdə aldadılmış gənclər də iştirak edə bilərlər. Onlar da ayıq-sayıq olsunlar. Doğru yolda olmaq daha məqsədəuyğundur. Valideynləri bu məsələlərdən onları çəkindirməlidirlər. Başqalarının maraqlarını burada prioritet edib onların qulluğunda duraraq, ölkəni qarışdırmaq olmaz. - Fikrinizcə, bu cür halların qarşısını almaq üçün olmazdı ki, təhlükəsizlik sistemi radikallarla ayrı-ayrılıqda mübarizə aparsın? - Təhlükəsizlik orqanları bunun detallarını daha yaxşı bilirlər. Hər kəsin bir iş prinsipi var. Buna görə hüquq mühafizə orqanlarına əməliyyat haqqında məsləhət verməyimiz doğru olmazdı. Yəqin ki, bu əməliyyatları həyata keçirənlər bütün detalları nəzərə alıblar, daha peşəkar davranıblar. İndi kənardan baxıb keçmişə qiymət vermək, “əməliyyatı başqa cür aparmaq lazım idi” demək rahatdır. Amma realda baş verənlər tamam başqa bir məsələdir. Heç kəs istəməzdi orada kimsə öldürülsün. Hər halda baş verənlər artıq geridə qalıb. Hesab edirəm ki, Azərbaycan polisi və onun yüksək rütbəli zabitləri peşəkardırlar. 20 ildən çoxdur ki, müstəqil Azərbaycanın qorunması üçün əllərindən gələni ediblər. Təhdidçiləri, terrorçuları, Azərbaycana qarşı olan pis niyyətliləri aradan qaldırıblar. Bundan sonra da polisə, onun peşəkarlığına güvənirəm və doğru qərarlar qəbul edəcəklərinə inanıram. - Gündəmi məşğul edən bir başqa məsələyə, Rusiya-Türkiyə gərginliyinə münasibətinizi bilmək istərdim. Bu məsələyə münasibətdə Azərbaycanda rusiyapərəstlər boy göstərdilər. Sizcə, belə adamlar Azərbaycanın təhlükəsizliyi üçün təhdid hesab edilə bilər? - Boy göstərdilər, amma Azərbaycan insanı, Azərbaycan türkü də bu prosesin qarşısında dayandı və xalqın milli iradəsinin nədən ibarət olduğunu sərgilədi. Məlum oldu ki, Azərbaycan türkü Türkiyənin, türkmənlərin yanındadır. Bizi ruhən bölə bilməzlər, biz problemlərdə bölünməli deyilik. Türkiyənin problemi türk dövlətlərində yaşayan türklərin, həmçinin bizim problemimizdir, bizim problem də onların problemidir. Biz bu gün onların yanında olmasaq, sabah onlar bizim yanımızda olmayacaqlar. Düşmənlərimiz öz fəaliyyətləri ilə zorən bizi bir yerdə olmağa məcbur edirlər. Türk dünyası içərisində “Böyük Ermənistan” qurmaq çağırışları etməklə, “soyqırım” məsələsini ortaya atmaqla təkcə Türkiyəni təhdid etmirlər. Onlar artıq Azərbaycanın böyük bir hissəsini işğal ediblər. Ağrı dağını Ermənistan öz gerbinə həkk edib və qardaş ölkəyə, həmçinin bizə qarşı ərazi iddiasındadır. Rusiya da türk dünyası içərisində “Böyük Ermənistan” yaratmağa çalışır. Yəni düşmənlərimiz birgə mövqedən çıxış edirlərsə, biz mütləq millət olaraq onların qarşısında birgə dayanmalıyıq, milli maraqlarımızın əzilməsinə imkan verməməliyik. Məsələyə beynəlxalq hüquq normaları tərəfindən yanaşanda da Türkiyə və türkmənlər haqlı tərəfdir. Rusiya-İran birliyi və başqaları İŞİD-lə mübarizə adı altında türkmənləri, türkləri qırırlar. Bu soyqırımdır. Hər kəs öz yerini bilməlidir. Türkiyə sərhədlərini pozan rus qırıcılarına qarşı doğru addım atıb. Bir də təkrarlayıram ki, Moskva rəsmən Türkiyədən üzr istəməli, bunun hesabatını verməlidir. Əminəm ki, yaxın zamanlarda Rusiyanın hegemonluğuna son qoyulacaq. Dünya qarşısında etdiyi haqsızlıqlara görə, qınağa tuş gələcək, bunların əvəzini ağır formada verəcək. Mən “Türkiyənin yanında olaq!” çağırışları edənləri alqışlayıram, Rusiyanın yanında olanların da ağıllı olmalarını və düşünmələrini arzu edirəm. - Rusiyanın Gürcüstandan başlatdığı imperiya müharibəsi var və bu gün bu proses Yaxın Şərqdə davam edir. Fərəc bəy, Rusiya özünü burada boxova sala bilər? Ukrayna və Gürcüstanla müqayisədə Rusiyaya qarşı Suriya əməliyyatlarına münasibətdə digər dövlətlər çoxdurlar, həmçinin aqressivdirlər. - Rusiya bütün zamanlarda öz xilasını müharibələr törətməklə axtarır. Həmişə özü yıxılanda öz uçqunlarının zir-zibilləri altına qonşularını salmaq cəhdləri olub. Jirinovski deyir ki, “Biz Türkiyə ilə bir neçə dəfə müharibə aparmışıq və qalib gəlmişik”. Bunların hamısı Pirr qələbələri olub. İkinci Dünya Müharibəsindən də bu görünür. Rusiya hal-hazırda ən geridə qalmış dövlət səviyyəsindədir. Hesab edirəm ki, Əfqanıstanda yaşadığı biabırçılığı Suriyada təkrarlayacaq. Artıq daxildə azadlıq mübarizəsi aparan xalqlarla qarşı-qarşıya qalacaq. Rusiyanın tükənməsinin, sonunun başlandığını görürəm. Bu hadisələrdən sonra artıq Rusiyaya ərköyün uşaq münasibəti göstərməyəcəklər. Bildiyiniz kimi, Böyük Britaniya Rusiya ilə bütün əlaqələri kəsmək barədə qərar verdi. Digər dövlətlər də bu cür davranacaqlar. Zatən beynəlxalq sanksiyalar Rusiyanı çökdürmüş vəziyyətdədir. Hansısa ölkədə müharibə başladıb bununla pul qazanmaqla vəziyyətdən çıxmaq mümkün deyil. Rusiya özü-özünü dalana dirədi. Hesab edirəm ki, nəhayət dünya bu imperiyanın təhdidlərindən qurtulacaq. Mənsur Rəğbətoğlu Geri dön |