Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > "Milli-mənəvi dəyərlərimiz və müasirlik" mövzusunda tədbir keçirildi
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Sosial > "Milli-mənəvi dəyərlərimiz və müasirlik" mövzusunda tədbir keçirildi

"Milli-mənəvi dəyərlərimiz və müasirlik" mövzusunda tədbir keçirildi


30 noyabr 2015-ci il tarixində Milli Dəyərlərin Təbliği ictimai birliyi tərəfindən Beynəlxalq Mətbuat Mərkəzində "Milli-mənəvi dəyərlərimiz və müasirlik" mövzusunda dəyirmi masaya keçirilmişdir. Tədirdə AMEA Folklor İnstitutu, Mifologiya şöbəsinin müdiri, filologiya elmləri doktoru, Seyfəddin Rzasoy AMEA Fəlsəfə və Hüquq İnstitutu, İdrak nəzəriyyəsi və elmin fəlsəfəsi şöbəsinin müdiri, fəlsəfə üzrə elmlər doktoru, professor Füzuli Qurbanov AMEA Şərqşünaslıq İnstitutunun böyük elmi işçisi, fəlsəfə üzrə fəlsəfə doktoru, Elvüsal Məmmədov AMEA Şərqşünaslıq İnstitutu “Şərq-Qərb” şöbəsinin aparıcı elmi işçisi, şərqşünas-islamşünas, ilahiyyat üzrə fəlsəfə doktoru Məmmədəli Babaşlı çıxış etmişdir. Tədbiri giriş sözü ilə açan ictimai birliyin sədri Rövşən Məmmədov iştirakçıları salamladı, sonra Milli Dəyərlərin Təbliği ictimai birliyinin milli dəyərlərin təbliğində və qorunub saxlanmasındakı əhəmiyətli rolundan bəhs etdi. Ümumilli lider Heydər Əliyevin milli-mənəvi dəyərlərə verdiyi əhəmiyyətə diqqət çəkdi. Bu tədbirlərdən biri olan bugünkü dəyirmi masada müzakirə olunacaq mövzunun aktuallığına toxundu. Birliyin bu tədbiri keçirməkdə məqsədinin xalqımızın zəngin milli-mənəvi dəyərlərini araşdırmaq, təbliğ etmək və qorunmasına köməklik göstərmək olduğunu bildirdi. Aparıcılıq üçün sözü tanınmış jurnalist Seymur Verdizadəyə verdi. Seymur Verdizadə seçilən mövzunun əhəmiyyətindən bəhs etdikdən sonra qonaqlara söz verildi. Sonra isə AMEA Fəlsəfə və Hüquq İnstitutu, İdrak nəzəriyyəsi və elmin fəlsəfəsi şöbəsinin müdiri, fəlsəfə üzrə elmlər doktoru, professor Füzuli Qurbanov çıxışında, milli-mənəvi dəyərlərin hər bir fərdin həyatının ayrılmaz bir hissəsi olduğunu, dəyərlərin bizim kimliyimizi ifadə etdiyini diqqətə çatdırdı. O qeyd etdi ki, milli-mənəvi dəyərləri qorumaq, özünü, vətənini qorumaqdır. Müasirləşmənin təsiri ilə unudulmağa üz tutan dəyərlərin qorunmasında xüsusilə gənc nəslin üzərinə böyük vəzifə düşdüyünü vurğuladı. AMEA Folklor İnstitutu, Mifologiya şöbəsinin müdiri, filologiya elmləri doktoru, Seyfəddin Rzasoya söz verildi. Seyfəddin Rzasoy “Müasir Azərbaycan cəmiyyətində milli-mənəvi dəyərlərin əhəmiyyəti” mövzusunda danışdı. O, hər bir milləti, xalqı ayaq üstə saxlayan onun milli dəyərləri olduğunu diqqətə çatdırdı. Xalqımızın milli-mənəvi dəyərlərinin formalaşmasında türklük və İslam dininin rolundan bəhs elədi. Eləcə də milli-mənəvi dəyərlərin etnik mental dəyərlərdən başladığını bildirdi. Dini dəyərlərin milli-mənəvi dəyərlərin ayrılmaz bir hissəsi olduğuna, xalqımızın dəyərlərinin formalaşmasında keçən taxiri mərhələlərə toxundu. AMEA Şərqşünaslıq İnstitutunun böyük elmi işçisi, fəlsəfə üzrə fəlsəfə doktoru, Elvüsal Məmmədov isə “Milli-mənəvi dəyərlərin harmoniyası” haqqında danışdı. O qeyd etdi ki, əzif mədəniyyətlər qloballaşmaya tab gətirmir. İnsanların dünyagörüşünün cılızlaşması tədricən dəyərlərin aşınmasına gətirib çıxarır. Dünyaya inteqrasiya milli kimliyin qorunub saxlanması ilə olmalıdır. AMEA Şərqşünaslıq İnstitutu “Şərq-Qərb” şöbəsinin aparıcı elmi işçisi, şərqşünas-islamşünas, ilahiyyat üzrə fəlsəfə doktoru Məmmədəli Babaşlı isə, milli-mənəvi dəyərlərin qorunması üçün gənc nəslin milli vətənpərvərlik ruhunda yetişməsinin vacibliyini bildirdi. H. B. Zərdabi və Ə. Ağaoğlundan misallar gətirdi. Sonda iştirakçılar öz fikirlərini bildirdilər, suallar cavablandı.

Geri dön