Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Nardaran Ağsaqqallar Şurası özünü ağsaqqal kimi apara bildimi?
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, Özəl xəbər, Fərəc Quliyev > Nardaran Ağsaqqallar Şurası özünü ağsaqqal kimi apara bildimi?

Nardaran Ağsaqqallar Şurası özünü ağsaqqal kimi apara bildimi?


Fərəc Quliyev: "Nardaranda yanlış yolda olanları məhz o ərazinin ağsaqqalları düz yola çağırmalıdır"
"Nardaran olaylarında ilk olaraq ağsaqqallar dövlətin yanında olmalı və yaranmış xoşagəlməz vəziyyəti sahmana salmalıdır"


Azərbaycan Daxili İşlər Nazirliyinin (DİN) Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin (BMCMİ) əməkdaşları ictimai-siyasi sabitliyi pozmağı, təxribatlar, kütləvi iğtişaşlar törətməyi planlaşdıraraq din pərdəsi altında fəaliyyət göstərən silahlı cinayətkar dəstə barədə DİN-ə daxil olan məlumat əsasında noyabrın 26-da Bakının Nardaran qəsəbəsində əməliyyat keçirib.
Əməliyyat zamanı silahlı insident baş verib. Nəticədə ikisi polis əməkdaşı olmaqla, 6 nəfər ölüb. Bir nəfər isə Sabunçu Rayon 3 saylı Şəhər Klinik Xəstəxanasında dünyasını dəyişib.
Qeyd edək ki, Nardaran ağsaqqalları adıçəkilən bölgənin əhalisinin sakitləşdirilməsi istiqamətində hər hansı bir iş görməyib.
Millət vəkili Fərəc Quliyev məsələ ilə bağlı "Bakı-Xəbər"ə açıqlamasında qeyd etdi ki, Nardaranda baş verən hadisələr iki qardaşın bir-birilə qarşıdurmasına bənzəyir: "Amma mən hesab edirəm ki, Nardaranda yanlış yolda olanları məhz o ərazinin ağsaqqalları düz yola çağırmalıdır. Onlara nəyin yanlış, nəyin düz olduğunu başa salmalıdır". F.Quliyevin fikrincə, kəndin ağsaqqalları bu məsələdə sakit mövqe sərgiləməməlidir. Onların sakitliyinə haqq qazandırmaq olmaz.
Millət vəkilinin sözlərinə görə, hansısa ərazidə vəziyyət gərgin və camaat narahat olarsa, ilk olaraq ağsaqqallar ortaya çıxmalıdır və onlar əhaliyə lazımi məsləhət verməlidir.
Həmsöhbətimiz hesab edir ki, Nardaran olaylarında ilk olaraq ağsaqqallar dövlətin yanında olmalı və yaranmış xoşagəlməz vəziyyəti sahmana salmalıdır.
F.Quliyevin fikrincə, bu cür məsələlərdə kənd ağsaqqallarının hərəkətsizliyi faciələrə səbəb ola bilər.

Günel CƏLİLOVA

Geri dön