Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Avropa Azərbaycan Cəmiyyəti Brüsseldə caz və kokteyl axşamı təşkil edib
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Diaspor > Avropa Azərbaycan Cəmiyyəti Brüsseldə caz və kokteyl axşamı təşkil edib

Avropa Azərbaycan Cəmiyyəti Brüsseldə caz və kokteyl axşamı təşkil edib


Konsertdə Azərbaycanın tanınmış caz ifaçısı, 2009-cu il “Montreux Jazz Solo Piano” müsabiqəsinin qalibi İsfar Sarabski çıxış edib. AAC-dən verilən məlumata görə, Avropanın yüksək səviyyəli siyasətçiləri, iş adamları, caz həvəskarları, musiqiçilər və tənqidçilər azərbaycanlı cazmeni alqışlarla qarşılayıblar. Sarabskini Aleksandr Maşin (zərb) və Makar Novikov (bass) müşayiət edib.

Avropa Parlamentinin Slovakiyadan olan üzvü Miroslav Mikolaşik konsertlə bağlı açıqlamasında deyib: “Bu cür tədbirlər Azərbaycanla Avropa arasında əlaqələr yaradır. Yeni bir ölkədən – Slovakiyadan gəlmiş şəxs kimi mən münasibətlərin bütün sahələrdə inkişafının vacibliyini başa düşürəm. Ötən il Bakıya səfər etdim və orada yaxşı təhsil almış çoxlu sayda gənc gördüm. Azərbaycan sürətlə inkişaf edir, burada tarixə və ənənələrə hörmətlə yanaşılır, eyni zamanda yeni konsepsiyalar da həvəslə qəbul olunur. Azərbaycanın böyük potensialı var, bu isə gələcəyin hərəkətverici qüvvəsidir. Şübhə etmirəm ki, bu ölkə bütün sahələrdə müvəffəqiyyətə nail olacaq”.

Avropa Azərbaycan Cəmiyyətinin Brüssel ofisinin yeni rəhbəri Roman Huna cəmiyyətin Brüsseldəki fəaliyyətindən danışıb: “Avropa Azərbaycan Cəmiyyəti qeyri-hökumət təşkilatıdır və onun Avropada bir neçə ofisi var. Təşkilatın məqsədi Azərbaycanı mədəni, biznes və siyasi sahədə təbliğ etməkdir”.

Avropa Azərbaycan Cəmiyyətinin təsisçisi və sədri Tale Heydərov isə tədbirin Azərbaycan cazının təbliğinə həsr olunduğunu söyləyib: “1960-cı illərdən başlayaraq caz Azərbaycan muğamı ilə sintez olunub. O vaxtlar Azərbaycan Sovet İttifaqının bir parçası idi və hakim dairələr musiqidə Qərbin təsirini qəbul etmirdilər. 1991-ci ildə Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra Qərblə əlaqələr güclü və sabit iqtisadi münasibətlərin inkişafı ilə davam edir. Ölkənin böyük inkişaf potensialı var və məqsədlərinə çatmaq üçün Avropaya yaxınlaşır. Avropa da öz növbəsində Azərbaycanın uğurlarından yararlanmaq üçün ona yaxınlaşmalıdır”.

Sonra Avropa Azərbaycan Cəmiyyətinin mədəniyyət müşaviri, Avropa Mədəniyyət Parlamentinin üzvü Səbinə Rakçeyeva musiqiçiləri təqdim edib.

Geri dön