Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Nardaran hadisələrinin yeni detalları üzə çıxır
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, Özəl xəbər, Fərəc Quliyev > Nardaran hadisələrinin yeni detalları üzə çıxır

Nardaran hadisələrinin yeni detalları üzə çıxır


Elman Nəsirov: “Bu hadisənin digər mühüm dərsi o oldu ki, profilaktiv tədbirlər görmək son dərəcədə vacibdir”

Fərəc Quliyev: “Nardaranda baş verənlər xarici dövlətlərin burada əlində alət olanların həmin əcnəbilərin istəyinə uyğun davranışı idi”


Daxili işlər naziri Ramil Usubov bu günlərdə deyib ki, Nardaranda keçirilən əməliyyatlar zamanı 5 nəfər məhv edilib: "Əməliyyatlar zamanı 6 avtomat, çoxlu sayda tapança və partlayıcı qurğu aşkar edirilib. Əməliyyatlar davam etdirilir".
R.Usubov əlavə edib ki, artıq 23-cü dəfədir Nardaranda polislə sakinlər arasında qarşıdurma yaşanıb. Nazir Nardaran sakinlərindən xahiş edib ki, əllərdə olan silahları yerlərdəki post-patrul xidmətlərinə təhvil versinlər. Nardaranda belə vəziyyətin hökm sürməsinin, polislə çoxsaylı qarşıdurmaların səbəbi isə xüsusi maraq doğurur.

Millət vəkili Elman Nəsirovun fikrincə, Nardaranda qarşıdurmaya meylli bir vəziyyətin yaranmasına səbəb olan amil bəzi dairələrin qəsəbəni öz çirkin məqsədləri naminə anklava çevirmək cəhdləri olub: "Nardaranın özünəməxsus xüsusiyyətləri olub. Nardaranda yaranan vəziyyəti uzunmüddətli prosesin nəticəsi kimi qeyd etmək istərdim. Bir neçə dəfə həmin qəsəbədə belə hallar qeydə alınıb. Nardaranda sanki müəyyən qüvvələr çalışıb ki, orta əsr reallıqlarını bərqərar etsinlər. Bundan da uzağa gedən məqsədləri naminə istifadə etməyə çalışırdılar. Çalışıblar ki, bu qəsəbədə yaşayan insanların təhsil bağlı məsələdə fərqli yanaşması olsun. Məsələn, orada qız uşaqlarının məktəbə getməsinə bir qədər fərqli yanaşmalar olub. Yəni, sanki müəyyən xarici dairələr çalışıb ki, bu baxımdan Nardaranı bir anklav etsinlər, bu qəsəbə Azərbaycanın ümumi inkişafından kənarda qalsın. Halbuki, Azərbaycan dövləti bütün ölkə ərazisində, hər bir məntəqədə inkişafla bağlı strategiya həyata keçirir.
Cənab Prezident İlham Əliyev 2014-2016-cı illərdə Bakı şəhəri və ətraf qəsəbələrin sosial-iqtisadi inkişafı ilə bağlı dövlət proqramı imzalayıb. Həmin proqram çərçivəsində də bütün Bakı şəhəri və ətraf qəsəbələrlə yanaşı, Nardaranda da böyük inkişaf prosesinin əsası qoyulub. Amma orada xarici dairələrə xidmət edən qüvvələr ciddi-cəhdlə çalışıb ki, bu inkişafın qarşısını alsın və həmin qəsəbədə fərqli bir yaşam tərzinin yaranmasına nail olsunlar. Ardınca da daha uzağa gedən planlarını həyata keçirməyi düşünürdülər. Bu nöqteyi-nəzərdən hesab edirəm ki, indiki vəziyyətdə Nardaranla bağlı Azərbaycan hüquq-mühafizə orqanlarının atdığı addımlar nəticə etibarı ilə artıq oradakı sabitliyi şərtləndirməyə başlayıb. Amma bu hadisənin müəyyən dərsləri də oldu. Ən mühüm dərslərdən biri o oldu ki, Nardaranı Azərbaycanın xüsusi bir anklavına çevirən həmin qüvvələr bundan sonra digər kəndlərdə, qəsəbələrdə və bütün ölkə ərazisində bir itaətsizlik mühiti formalaşdırmaq istəyirdilər. Amma bu çirkin niyyətlərinin həyata keçirilməsi üçün imkanları sıfıra bərabərdir. Çünki Azərbaycan dövləti güclü dövlətdir, ölkəmizdə həmrəylik mövcuddur, xalq Prezident ətrafında birləşib, ictimai-siyasi sabitlik göz bəbəyi kimi qorunur. Bunun pozulmasına yönəlik bütün cəhdlərin qarşısı yerindəcə alınacaq.
Eyni zamanda, bu hadisənin digər mühüm dərsi o oldu ki, profilaktiv tədbirlər görmək son dərəcədə vacibdir. Xüsusən də gənclərlə bağlı profilaktiv addımlar atılmalıdır. Əks təqdirdə, Nardaranda formalaşmış müəyyən şəraitdən maksimum dərəcədə anti-Azərbaycan qüvvələri faydalanmağa çalışacaqlar və bu zaman da əsasən gənclərdən istifadə edəcəklər. İndi qətiyyətlə demək olar ki, Nardaranda proseslər artıq öz məcrasına yönəlməkdədir”.
Millət vəkili Fərəc Quliyev düşünür ki, Nardaranda bu günə qədər qeyri-stabil vəziyyətin hökm sürməsi kənardan qurulan təxribatın tərkib hissəsi olub: "Aydındır ki, Nardaranda baş verənlərin dinlə, dindarlarla heç bir əlaqəsi, bağlılığı yoxdur. Ətraf kəndlərdə də dini məbədlər var. Bakı kəndləri Azərbaycanın hər yerində olduğu kimi çox dindar camaatdır. Həmin qəsəbədə baş verənlər xarici dövlətlərin burada əlində alət olanların həmin əcnəbilərin istəyinə uyğun davranışı, ölkəni qarışdırmaq üçün böyük bir projenin tərkib hissəsi idi. Hesab edirəm ki, bunun dindarlara, Nardaran insanlarına da heç bir aidiyyatı yoxdur. Birmənalı şəkildə kənardan qurulan bir provokasiya, təxribatdır. Amma Azərbaycan hüquq-mühafizə orqanları da onun qarşısını layiqincə aldılar.
Müxtəlif formalarda Azərbaycana qarşı işlər görülüb. İstər din, istərsə bəzi məqamlarda açıq terror, mənsəb bölgüsü zəminində, din və din pərdəsi adı altında. Amma bütün hallarda da hüquq-mühafizə orqanları çox uğurla belə halların qarşısını alıb. Bu da baş verən hadisələrdən birisi idi və qarşısı alındı”.





Rüfət NADİROĞLU

Geri dön