Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Rusiya müxalifəti Moskvada 100 minlik mitinq keçirib
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər > Rusiya müxalifəti Moskvada 100 minlik mitinq keçirib

Rusiya müxalifəti Moskvada 100 minlik mitinq keçirib


APA-nın Moskva müxbiri mitinq keçirildiyi yerdən xəbər verir ki, 2011-ci ilin 4 dekabrında keçirilən parlament seçkilərinin nəticələrinə etiraz edən Rusiya müxalifəti Moskvanın Bolotnı meydanına 100 min nəfərdən çox insan toplaya bilib.

Mitinq iştirakçıları Moskvanın “Oktyabrski” metrosunun yaxınlığında yerləşən “Böyük Yakimanka” küçəsindən başlayaraq Moskva çayı boyunca Kreml yaxınlığında yerləşən “Bolotnı” meydanına yürüş ediblər. Aksiyada “Rossiya bez Putina!”, “Vımetaytes iz Kremlya!”, “Ni odnoqo qolosa Putinu!”, “Za Çestnıe Vıbori”, eyni zamanda millətçilərin “Rusiya ancaq ruslar üçün!” şüarları yazılan plakatlar qaldırılıb.

Mitinq iştirakçıları arasında Kommunist Partiyasının, “Yabloko” Partiyası, iş adamı Mixail Proxorovun və Rusiya müxalifətinin liderləri Vladimir Rıjkov, Boris Nemtsov, Gennadi Qudkov və Sergey Parxomenkonun tərəfdarları olublar. Bundan başqa, prezident Dmitri Medvedevin istefaya göndərdiyi maliyyə naziri Aleksey Kudrin də mitinqə qatılan siyasətçilər arasında olub. Mitinqə cinsi azlıqlar da qatılıb.
Mitinqdə iştirak edən müxalifətçi Vladimir Rıjkov şaxtalı havanın olmasına baxmayaraq, aksiyada 100 min nəfərdən çox insanın iştirak etdiyini söyləyib. Onun sözlərinə görə, Putin tərəfdarlarının “Poklonnaya Qora” adlı yerdə keçirdiyi mitinqdə 14 min nəfər insan iştirak edib. Müxalifət lideri şaxtalı hava şəraiti ilə əlaqədar mitinqin tez yekunlaşacağını söyləyib. O, Putini istefaya çağırıb: “Kreml Putin komandasından təmizlənməlidir. Rus xalqı artıq sizdən bezib. Biz demokratik seçki tələb edirik. Artıq rusların demokratik dövlətdə yaşamasının vaxtı yetişib”. Digər rus müxalifətçiləri də çıxışlarında hazırkı hakimiyyəti istefaya çağırıblar.

Prezidentliyə namizəd, iş adamı Mixail Proxorovun tərəfdarları ümumi mitinqin keçirildiyi yerdən ayrılaraq bir qədər kənarda toplaşıblar. M. Proxorov da həmin mitinqə qatılıb. Mitinqdə iştirak edən Proxorov tərəfdarlarının ümumi sayı 1000 nəfərdən çox olub.

Onu da qeyd edək ki, bu gün keçirilən aksiya ilə bağlı Moskva polisi gücləndirilmiş iş rejimində çalışıb. Mitinq iştirakçıları xüsusi yoxlayıcılardan keçirilərək etiraz aksiyası keçirilən yerə buraxılıb. Moskva polisi mitinqə havadan helikopterlərlə də nəzarət edib. Ümumilikdə 10 min nəfər polis əməkdaşı mitinqin təhlükəsizliyinin təmin olunmasına səfərbər edilib.

Geri dön