Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, Özəl xəbər, Fərəc Quliyev > Polisə əlavə qanuni səlahiyyətlər anlayışla qarşılanır
Polisə əlavə qanuni səlahiyyətlər anlayışla qarşılanır |
Fərəc Quliyev: "Polisə əlavə səlahiyyətlərin verilməsinin tərəfdarıyam"
"Şərait yaratmalıyıq ki, ölkədə sabitliyi qoruyan qanun keşikçilərinin normal şəkildə fəaliyyət göstərmək imkanları olsun" Milli Məclisdə Hüquq siyasəti və dövlət quruculuğu, Dini qurumlar və ictimai birliklər komitəsinin birgə iclası keçiriləcək. İclasda Azərbaycanda terrorçuluqla mübarizə sahəsində polisin səlahiyyətlərinin artırılması ilə bağlı "Polis haqqında" Qanuna təklif olunan əlavələr layihəsi müzakirəyə çıxarılacaq. Qanunun 26-cı maddəsinə (polis tərəfindən fiziki qüvvənin, xüsusi vasitələrin və ya odlu silahın tətbiqi) təklif edilən əlavəyə əsasən, terrorçuluq və ya dini ekstremizm, yaxud dövlət Konstitusiya quruluşunun dəyişdirilməsi ilə bağlı cinayətlərin qarşısı alındıqda polis tərəfindən fiziki qüvvə, xüsusi vasitələr və ya odlu silah tətbiq ediləcək. Ölkədə asayişin, ictimai sabitliyin qorunmasında polisin müstəsna xidmətlərinin olması danılmaz reallıqdır. Ölkə müstəqillik əldə etdikdən sonra ortaya çıxın bir sıra bu kimi problemlərin həllində polis fədakarlıq göstərib. Azərbaycanda terrorçuluqla mübarizə sahəsində polisə yeni səlahiyyətlərin verilməsi, nəticə etibarilə, polisin daha çevik və dinamik hərəkət etməsinə şərait yaradacaq. Bu da ölkədə sabitliyin, ictimai asayişin qorunmasına töhfə verəcək. Maraqlıdır, ekspertlər məsələyə necə yanaşır? Məsələyə münasibət bildirən millət vəkili Fərəc Quliyev bunun tərəfdarı olduğunu nəzərə çatdırdı. O bunu bir sıra amillərlə əlaqələndirdi: "Nəzərə almaq lazımdır ki, terrorçunun milləti, dini olmur. Dünyada terrorizmə qarşı mübarizə aparanda bütün mümkün vasitələri açıq saxlayırlar. Azərbaycanda polis terrorçuluğa qarşı mübarizə aparanda müəyyən çətinliklərlə üzləşirsə, o zaman silahla bağlı polisə əlavə səlahiyyətlər mütləq verilməlidir. Ona görə ki, terrorizmə qarşı daha effektiv mübarizə apara bilsin. Bu imkanlar olmazsa, o zaman terrorizmlə mübarizə çətin olacaq. Bütün hallarda, polis üçün ciddi imkanlar yaradılmalıdır ki, aktiv fazada ciddi addımlar ata bilsin. Profilaktik baxımdan da bunun əhəmiyyəti var. Terror risqlərinin azalması baxımından bunun əhəmiyyəti var. ABŞ-da polis şübhəli şəxsi saxlayanda, qarşı tərəf tərpənəndə bu zaman polisin atəş açmaq səlahiyyəti var. Ona görə də orada polisə qarşı müqavimət göstərmək imkanları çox məhdud olur. Həm də cinayətkarlığın profilaktikası baxımından da əhəmiyyətli məsələdir. Bir şeyi nəzərə almaq lazımdır ki, parlament bununla bağlı qanun qəbul etdikdən sonra müvafiq icra qurumları təlimatlar hazırlayacaq. O üzdən, bununla bağlı, ilk növbədə, qanunvericilik bazası olmalıdır. İstənilən halda, dəyişiklikləri tamamilə yerində olan bir addım kimi dəyərləndirirəm. Bununla əlaqədar müəyyən təkliflərim var. Şərait yaratmalıyıq ki, ölkədə sabitliyi qoruyan qanun keşikçilərinin normal şəkildə fəaliyyət göstərmək imkanları olsun". Vidadi ORDAHALLI Geri dön |