Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > “İNAMIN GƏLİŞİ” № 7
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Bildiriş > “İNAMIN GƏLİŞİ” № 7

“İNAMIN GƏLİŞİ” № 7


(Soraq)
İnam Ata (Asif Ata) Mütləqə İnam Ocağının “İnamın Gəlişi” aylıq qəzetinin 7-ci (Yağış ayı 37-il; noyabr 2015) sayı çapdan çıxıb. Qəzetin bu sayı Ocağın Ruhsal Başçısı Safruun 76 yaşının tamam olmasına həsr edilib.
Bu sayda da İnam Atanın “İnam” Əsərinin çapı davam etdirilib.
Sayda Safruhun “Buzqıran Gəmi Yolçuluğu” adı ilə, Ata Onluğunun “Hüquqdan Haqqa” (VII) Bitiqinə önsöz-harayı, “Öz” içsəsi, “Təhsilli heyvanat” harayı, “Yolu Nurluya – ölü yerinə...” yanğısı, “Qızıl Zəngilanda izimiz” adlı sorağı (Safruh “soraq” sözünü burada “şərhli informasiya” anlamında – janr kimi – işlədir); eləcə də Safruha həsr olunmuş yazılar yer alıb: Nurayaz İnamsoyun “Sənin səsin” şeiri, “Azərbaycanın Safruhu”, “Qu Nəgmələrindən doğulan yazı” içsəsləri, “Nəbi Ağaoğlu ilə “Ocaqətrafı söhbət”i, Əlisahib Əroğulun “Mütləqə İnamın həvarisi – Safruh” öygüsü, Uluruh Atalının Safruhun “Qu Nəğmələri” kitabına yazdığı “Nisgilli, Gözləkli, Sevimli...” adlı sonsöz-içsəsi, Özgün Atalının “Safruh İnam Evinin qapısıdır” xatirə-içsəsi...
7-ci sayda Ocağın Yağış (noyabr) ayında keçirilmiş “İnam Evi Günü” İçuyum-Törənində və “Ulu Fərəh”in IX Ailə günü toplantısında söylənilmiş fikirlər geniş yer tutub. Qəzet“İnam Evi Günü”ndə söylənilənləri “Soy Evi – Soy İzi uğrunda”, Ailə günündə deyilmişləri isə “Ata Xalqı, Atalı Xalq uğrunda” adlandırıb. Bunlarda Azərbaycan xalqı ən dərin və özgün ruhsal yaradıcılığa, ulusal sifətlənməyə, hər cür yabançı etki və basqılara qarşı dayanıqlı olmağa çağırılır və bunun yolları göstərilir. (Burada Saruhun, o toplantılarda səslənməsə də, onların ana xətti sayıla bilən bir deyimini yada salmaq yerinə düşər: “Yurd uğrunda, yəni azadlıq uğrunda hər gün savaşdır, hər gün barışdır”).
7-ci sayda Ocaq dostu, yazıcı Məhərrəm Şəmkirlinin də Ata Onluğunun VII Bitiqinə yönəlik “Hüquqdan Haqqa gedən yol” adlı araşdırma-yazısı çıxıb.
Tanıyan hər kəsin insanilik örnəyi səviyyəsində qəbul etdiyi, Ocaq dostu Əhmədli Baba Məmmədəli oğlunun “Ocaq Ərəni (müqəddəsi, övliyası) adlandırıldığı Ruhsal Bəlgə də bu saydadır.
Bu sayın yaraşığı isə, əlbəttə, ən gənc Ocaq Evladı Nurtay Atalının “Ulu Fərəhin VIII Ailə günündə demək istədikləri”dir.
Oxuyanlara sayğılarla!
“İnamın Gəlişi”.
03 Sərt 37.
(Dekabr 2015).

Geri dön