Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > "Günəşli" yatağındakı özül yanır, neftçilər arasında zərər çəkən yoxdur
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Hadisə > "Günəşli" yatağındakı özül yanır, neftçilər arasında zərər çəkən yoxdur

"Günəşli" yatağındakı özül yanır, neftçilər arasında zərər çəkən yoxdur


Yanğın nəticəsində heç bir insan itkisi yoxdur.

Bunu Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev ANS TV-yə bildirib.

O deyib ki, yanğının söndürülməsi istiqamətində bütün zəruri tədbirlər görülür.

“Günəşli” yatağındakı 10-cu özüldə yanğın baş verib.

Trend SOCAR-ın saytına istinadən məlumat verir ki, dekabrın 4-də baş verən güclü tufan saat 17:40 radələrində “Günəşli” yatağındakı 10-cu dərin dəniz özülündə qaz xəttini sıradan çıxarıb, nəticədə yanğın olub.

İlk növbədə, özüldəki işçilərin təxliyə olunması istiqamətində tədbirlərə başlanılıb. Dalğanın hündürlüyü gəmilərin platformaya yaxınlaşmasına ciddi problemlər yaradır.

Buna baxmayaraq, hazırda Fövqəladə Hallar Nazirliyinin xilasetmə dəstələri tərəfindən Xəzər Dəniz Gəmiçiliyinin “Vixr-9” və “Topaz” yanğınsöndürən gəmiləri, habelə “Avyor” dalğıc və “Samir Quliyev” yedək gəmiləri vasitəsilə təxliyə işləri həyata keçirilir.

Hadisə ilə əlaqədar “Azneft” İstehsalat Birliyində qərargah yaradılıb.

Qərargahın əlaqə telefonları: +994 12 5211019; +994 50 2293521; +994 50 2457005

X X X

Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətinin rəhbəri Oqtay Bayramov Trend-ə bildirib ki, külək çox güclü olduğundan platformaya yaxınlaşmaq hələ mümkün olmayıb.

X X X

Neft bazarındakı mənbə Trend-ə bildirib ki, platformada olan neftçilər qayıqlarla təxliyə olunur.

Ölən və xəsarət alanlar barədə hələ məlumat yoxdur.

Mənbə qeyd edib ki, yanğın hələ davam edir. Hündürlüyü 10-11 metrə çatan dalğalar yanğınsöndürmə işlərinə mane olur.

Geri dön