Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Qarabağ münaqişəsi Ukrayna ictimaiyyətində o qədər də maraq doğurmur
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Diaspor > Qarabağ münaqişəsi Ukrayna ictimaiyyətində o qədər də maraq doğurmur

Qarabağ münaqişəsi Ukrayna ictimaiyyətində o qədər də maraq doğurmur


Ukrayna cəmiyyətində Azərbaycana münasibətin hansı səviyyədə olması ilk növbədə Ukrayna ilə Azərbaycan arasındakı ünasibətlərin səviyyəsindən asılıdır. Diaspora bu fürsətdən lazımınca faydalanmalıdır

Krım Azərbaycan Cəmiyyətinin sədri, “Alubika” qəzetinin redaktoru Rəhim Hümbətovla müsahibə

-Krım Azərbaycan Cəmiyyəti ölkəmizin tanınması istiqamətində hansı layihələri həyata keçirir?
-Ümumiyyətlə, hər hansı bir diaspora təşkilatı normal qaydada fəaliyyət göstərirsə, bu Azərbaycanın daha çox, daha geniş tanınması üçün görülən işlərdən sayıla bilər. Çünki, keçirilən tədbirlər zamanı biz Azərbaycan haqqında danışırıq, bizim aksiyalarımızı işıqlandıran kütləvi informasiya vasitələri bizim Azərbaycan təşkilatı olduğumuzu vurğulayırlar. Bir sözlə, keçirdiyimiz hər bir tədbiri eyni zamanda Azərbaycanın tanınması istiqamətində aparılan iş kimi giymətləndirmək olar. Şübhəsiz ki, əks-effekt yaratmamaq üçün, keçirilən tədbirlərin səviyyəsi yüksək olmalıdır.
Bir misal olaraq göstərmək istəyirəm: Krım Azərbaycan Cəmiyyəti dəfələrlə Azərbaycan mədəniyyəti, azərbaycanlılar, Azərbaycan diasporu haqqında yerli telekanallarda, digər kütləvi informasiya vasitələrində verilişlərin, yazıların getməsini təşkil edib. Biz hətta kütləvi informasiya vasitələrinin diqqətini cəlb etmək üçun onlarla “Açıq qapı” günləri keçirmişik, KİV-ləri bizim haqqımızda daha çox material yaymağa həvəsləndirməyə çalışmışıq. Yəqin ki, belə siyasətin nəticəsidir ki, artıq bəzi telekanallar özləri bizə veriliş çəkmək üçün müraciət edir. Şübhə yoxdur ki, bunlar hamısı nəticədə Azərbaycanın imicinin qalxmasına işləyir.
- Soydaşlarımızın inteqrasiyası necə gedir və ölkənin siyasi-ictimai və mədəni həyatında fəallıqları özünü göstərirmi?
- Ukraynada, bir çox “uzaq xaricdən” fərqli olaraq soydaşlarımızın yaşadıqları cəmiyyətə inteqrasiya prosesinin kifayət qədər uğurlu getdiyini hesab edirəm. Ölkənin siyasi, iqtisadi, ictimai, mədəni həyatinda soydaşlarımızın iştirakına heç bir məhdudiyyət yoxdur. Ukraynada azərbaycanlılara, sovet termini ilə desək, xalq təsərrüfatının hər bir sahəsində rast gəlmək olar. Azərbaycanlı həkim, azərbaycanlı müəllim, azərbaycanlı hüquqşünas, azərbaycanlı memar, azərbaycanlı jurnalist və sair, çox saymaq olar, heç kimə burada qəribə gəlmir. Bu gün artıq bir çox soydaşlarımız ölkənin siyasi həyatında da uğurla iştirak edir, ən azı müxtəlif səviyyədə seçkili hakimiyyət orqanlarının üzvləri seçiliblər. Zənnimcə, bu faktlar həm soydaşlarımızın fəallığını nümayiş etdirir, eyni zamanda Ukraynada hökm sürən siyasi atmosferdən xəbər verir.
- Ukrayna cəmiyyətində Azərbaycana münasibət necədir?
- Ukrayna cəmiyyətində Azərbaycana münasibətin hansı səviyyədə olması ilk növbədə Ukrayna ilə Azərbaycan arasındakı münasibətlərin səviyyəsindən asılıdır. Bu gün biz böyük məmnuniyyətlə qeyd edirik ki, bu münasibətlər strateji xarakter daşıyır və şübhəsiz ki, diaspora belə vəziyyətdən çox razı olmalıdır, eyni zamanda bu fürsətdən lazımınca faydalanmalıdır. Ukrayna çətin zamanda olarkən Azərbaycanın ona göstərdiyi yardımı unutmayıb və onu dəyərləndirir. Bunlardan əlavə, ümumiyyətlə, tarixən Ukrayna ilə Azərbaycan arasında münasibətlər dostluq səviyyəsində olub. Ukraynanın mərkəzi muzeylərindən birində bu dostluğun rəmzi kimi, neçə illər öncə Ukrayna xalqına Azərbaycan xalqından hədiyyə verilmiş nəfis bir xalça saxlanılır.
- Oxucularımıza onu da xatırladaq ki, siz yazılarınızla Ukrayna mətbuatında ermənilərə qarşı mübarizə aparan insanlardansınız. Ümumiyyətlə, Qarabağ məsələsi yerli ictimaiyyət, elmi-siyasi dairələr tərəfindən necə qarşılanır?
- Açığını desək, Qarabağ münaşiqəsi Ukrayna ictimaiyyətində o qədər də maraq doğurmur. Çünki, insanlar daha çox öz problemlərini həll etməyə çalışırlar. Qarabağ məsələsi daha çox politoloqlarda, konfliktoloqlarda maraq doğurur. Bu maraq da müəyyən dərəcədə Ukraynanın tərkibində Krım Muxtar respublikasının olması ilə bağlıdır. Ukaynanın siyasi mövqeyi isə dəyişilməz olaraq qalır: Azərbaycanın ərazi bütovlüyü bərpa olunmalıdır. Buna biz Krım Azərbaycan Cəmiyyətinin Ukrayna Xarici işlər nazirliyinə Bakının razılığı olmadan Ukrayna vətəndaşlarının Qarabağa getməmək xəbərdarlığıyla cıxış etmək xahişi ilə müraciət edərkən şahid olduq.
Azərbaycan diasporu öz potensialından hələ ki, tam istifadə etmir. Bu yalnız Ukraynadakı diasporuna deyil, bütün dünya Azərbaycan diasporuna aiddir. Ümid edirəm ki, yaxın zamanda bir çox mənfi hallar aradan götürüləcək, diasporun daha yüsək inkişafı üçün zəmin yaranacaq.
[
i]Müsahibəni götürdü:
Elnur Eltürk

Geri dön