Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Təhqiqat orqanı əməkdaşlarının cinayət xarakterli məlumatları araşdırması qadağan edildi
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Hüquq > Təhqiqat orqanı əməkdaşlarının cinayət xarakterli məlumatları araşdırması qadağan edildi

Təhqiqat orqanı əməkdaşlarının cinayət xarakterli məlumatları araşdırması qadağan edildi


Daxili İşlər Nazirliyinin 2011-ci il 3 noyabr tarixli 680 nömrəli Qərarı ilə təsdiq edilmiş “Törədilmiş və hazırlanan cinayətlər və hadisələr barədə məlumatların qəbulu, qeydiyyatı və baxılması qaydaları haqqında Təlimat”da dəyişikliklər edilib.

Dəyişikliyə əsasən DİN-in “102” xidməti-zəng mərkəzi sistemindən daxil olan cinayətlər barədə məlumatlar təsdiqlənməsindən asılı olmayaraq birbaşa 1 nömrəli kitabda qeydə alınır (2 nömrəli kitabda qeydiyyata alınmadan) və prosessual araşdırmaya təqdim edilir. DİN-in “102” xidməti-zəng mərkəzi sistemindən daxil olmuş cinayət xarakterli məlumatlar istisna olmaqla, digər texniki vasitələrlə daxil olan cinayət barədə məlumatlar 2 nömrəli kitabda qeydə alındıqdan sonra məsul növbətçi tərəfindən orqan rəisinə məruzə olunur. Həmin məlumatın cinayət xarakterli olması müəyyən edildikdə 1 nömrəli kitabda qeydə alınaraq prosessual araşdırmaya yönəldilir.

Həmçinin cinayət xarakterli məlumatların araşdırılmasının təhqiqat orqanının əməkdaşlarına həvalə edilməsi qadağan olunur və buna görə təhqiqat orqanının rəhbəri (ərazi polis bölməsinin rəisi) məsuliyyət daşıyacaq.

Dəyişikliklərin icrası DİN-in Baş İstintaq və Təhqiqat İdarəsinə və Növbətçi Hissələri İdarəetmə Xidmətinə tapşırılıb.

Geri dön