Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Sosial > Azərbaycanda gömrük bəyannaməsi üzrə e-imza tətbiq ediləcək
Azərbaycanda gömrük bəyannaməsi üzrə e-imza tətbiq ediləcək |
Bu gün "Elektron Hökumət” portalının operatorunun və Dövlət Gömrük Komitəsinin səlahiyyətli nümayəndələri ilə görüş keçirilib.
Trend Məlumat Hesablama Mərkəzinə istinadən məlumat verir ki, "Mərkəzi icra hakimiyyəti orqanları tərəfindən konkret sahələr üzrə elektron xidmətlər göstərilməsi Qaydaları"nın və "Elektron xidmət növlərinin Siyahısı"nın təsdiq edilməsi haqqında Nazirlər Kabinetinin 24 noyabr 2011-ci il tarixli qərarında əks olunan tapşırıqların təmin olunması məqsədilə baş tutan görüşdə gömrük bəyannamələrinin elektron təşkili məsələsi müzakirə edilib. Belə ki, gömrük sərhədlərindən keçirilən malın bəyan edilməsi prosesinin elektron təşkilində mühüm nüans elektron bəyannamənin vətəndaş tərəfindən imzalanmasıdır. Bu gün gömrük sərhədlərində bu əməliyyat ənənəvi üsulla yəni mal sahibinin kağız üzərində formanı dolduraraq imzalaması ilə aparılır. Təbii ki, bu proses istər mal sahibi istərsə də səlahiyyətli şəxslərin işinin operativliyinə təsir göstərir. Müzakirələr zamanı gömrük bəyannaməsinin elektron doldurulması prosesində istifadəçi kimliyinin portal üzərindən FİN-ə uyğun tanınması və vətəndaşın şəxsi elektron imza kartı vasitəsilə təsdiqlənməsi şəffaflıq və istifadəçi məmnuniyyəti nöqteyi nəzərindən uyğun görülüb. Görüş zamanı elektron bəyannamənin mal sahibi tərəfindən e-imza vasitəsilə təsdiqlənməsi üzrə bütün təfərrüatlar müzakirə edilib, bu servisin portal üzərindən təmin olunması üçün tələb olunan texniki-proqram şərtlər səsləndirilib. Toplantının gündəliyində dayanan digər məsələ isə Gömrük Sertifikat Xidməti Mərkəzinin akkreditə olunmasıdır. Bu məsələ ilə əlaqədar MSXM-in müdiri ASAN imza və Mərkəzi Bankın akkreditə olunma təcrübəsi barədə məlumat verib, mövcud SXM-in saxlanılması ilə akkreditə olunmanın mümkünlüyü şərh edilib. Bu təcrübə informasiya təhlükəsizliyinə zəmanət verdiyi kimi, həmçinin mərkəzin yenidən qurulmasını tələb etmir. Toplantının yekununda Gömrük Komitəsinin nümayəndəsi Gömrük SXM-nin akkreditə olunması ilə əlaqədar tələb olunan texniki detallar, həmçinin qanunvericiliklə tələb olunan sənədlərlə bağlı ətraflı məlumatlandırılıb. Geri dön |