Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > DAVAMın yazıları > XOCALIDA GÜLLƏLƏNƏN VƏ YANDIRILAN ŞƏHİDLƏRİN FƏRYADI
XOCALIDA GÜLLƏLƏNƏN VƏ YANDIRILAN ŞƏHİDLƏRİN FƏRYADI |
1992-ci il fevral ayının 25-dən 26-na keçən gecə XX əsrin ən böyük dəhşətli faciəsi «Xocalı qırğını» baş verdi. Həmin gün yüzlərlə, minlərlə günahsız insanların qanı axıdıldı.
Axşam şər qarışanda Xankəndi və Əskəran tərəfdən rəhimsiz, qəddar, qaniçən, vəhşi, sadist erməni silahlı quldur dəstələri SSRİ-nin Xankəndindəki 366-cı moto-atıcı alayınm şəxsi heyyəti öz terror təşkilatı ilə birlikdə Dağlıq Qarabağın cənnət guşəsi olan Xocalıya hücum etdilər. Xocalını xarabalığa çevirdilər və onlar Xocalını tarix səhifəsindən birdəfəlik silmək istədilər. Xocalı Qarabağ xanı Pənahəli xanın mülküdür. Xocalı Xankəndi ilə Əskəran kəndi arasında yerləşən gözəl bir diyardır. Dəniz səviyyəsindən 2800 metr hündürlükdə yerləşən dağların göz yaşı, dupduru suları Xocalıdan keçib Qarqar çayına qovuşur. Bir sözlə, Xocalı Dağlıq Qarabağın cənnət guşəsidir. Bu torpaqlara sahib çıxıb yiyələnmək erməniləri həmişə düşündürüb. Ona görə də erməni quldurları Xocalı soyqırımını planlı və düşünülmüş şəkildə həyata keçirdilər. Fevral ayının 25-dən 26-na keçən gecə 11500 nəfərdən çox olan əhalinin 613 nəfəri amansızcasına, qəddarlıqla qətlə yetirilmişdir. O cümlədən, 63 uşaq, 106 qadın, 70 qoca xüsusi amansızlıqla insanlığa yaraşmayan vəhşiliklə və işgəncələrlə öldürülmüş, başları kəsilmiş, gözləri çıxarılmış, qulaqları, burunları və cinsiyyət üzvləri kəsilmiş, qadınların döşləri kəsilmiş, uşaqları süngü ilə öldürüb, yuxarı qaldırıb yerə çırpmış, boğazlarını süngü ilə deşik-deşik etmiş, bədənlərinə qızdırılmış dəmir basılmış, ayaqları ağır daşların altında xmcım-xmcım edilmiş, diri-diri üstlərinə benzin töküb yandırmışlar. Xocalıda 9 ailə tamamilə məhv edilmiş, 30 uşaq hər iki valideynini itirmiş, 150 uşaq 1 valideynini itirmiş, 500-ə yaxın insan yaralanmış (onlardan 76-sı uşaqdır), 1275 nəfər isə girov götürlmüş, 150 nəfər isə itgin düşmüşdür. Erməni quldurlarının törətdikləri bu vəhşilik Xocalıdakı soyqırıma səbəb Xocalıda yaşayan insanların azərbaycanlı olması idi. İkinci Dünya Müharibəsi zamanı alman faşistləri Belorusiyada Xatın kəndində əhalini — qadınları, uşaqları və qocaların hamısını bir dama doldurub yandırmışlar. Hal-hazırda Belorusiyada Xatın kəndinə hər yerdən təşkil olunmuş muzeyə gəlirlər və ziyarət edirlər. Kənd sakinlərinin hamısının qapısında iri zəng asılıb. Muzeyi ziyarət edənlər muzeydən çıxarkən qapılarda fəryad zəngi çalınır. Xocalıda erməni faşistləri tərəfindən əzab-əziyyət və işgəncə ilə öldürülüb, meyidləri yandırılan ailələrdən biri də İrandan, Cənubi Azərbaycandan Şimali Azərbaycana qan-qardaşlarına pənah gətirən siyasi mühacir, inqilabçı fədai İmani Ağayar Salman oğlu, gəlini Əliyeva Sona Bəhlul qızı və oğlu İmani Malik Ağayar oğlu idi. İmani Ağayar Salman oğlu Cənubi Azərbaycanın Ərdəbil şəhərinin Almas kəndində 1909-cu ildə anadan olmuşdur. İnqilabçı fədai və siyasi mühacirlərdən biri olan İmani Ağayar Salman oğlu Qarabağın dilbər guşəsi olan Xocalıda məskunlaşdırıldı. 1949-cu ildə Ağayar kişi İmani Suqra Adil qızı ilə xoşbəxt və gözəl bir ailə qurdu. Onların 7 övladı dünyaya gəidi. 4-ü oğlan, 3-ü isə qız idi. Ağayar kişi 9 nəfərlik ailəyə başçılıq etdi. 1959-cu ildə İmani Ağayarın ailəsində bir oğlan uşağı dünyaya gəldi. Ata və ananın razılığı ilə uşağa Malik adı qoydular. İmani Malik orta məktəbi bitirdi, hərbi xidmətə getdi. Malik orta məktəbdə oxuyarkən və hərbi xidmətdə qulluq edərkən sinif yoldaşlarının, müəllimlərinin, əsgərlərin və komandirlərin rəğbətini qazanmışdır. Hərbi xidmətdən qayıdan Malik Xocalıda atası Ağayar kişi və qardaşları ilə birlikdə təsərrüfatda çalışdı. İmani Malik 1975-ci ildə ürəkdən sevdiyi, Xocalı sakini Əliyeva Sona Bəhlul qızı ilə xoşbəxt bir ailə qurdu. Onların 2 qızı, 1 oğlu dünyaya gəldi. İmani Ağayarın Malikdən sonra Bakir, Asif, Sahib adlı oğlanları, Zülfıyyə, Elmira və Məhbub adlı qızları dünyaya gəldi. Övladları böyüyüb orta məktəbi bitirdilər, oğlanlar əsgəri borcunu yerinə yetirib Xocalıda təsərrüfatla məşğul oldular. Talyein bəzən amansız hökmü olur. 1976-cı ilin mart ayının 6-da İmani Ağayarın 17 yaşlı böyük qızı Zülfıyyə qəflətən dünyasını dəyişdi. 1980-ci ilin yanvar ayının 17-də isə 25 yaşlı oğlu Asif avtomobil qəzasında həlak oldu. 1988-ci ildə Azərbaycanın dilbər guşəsi olan Qarabağın başının üzərini erməni quldurlarının bəlası aldı. Ermənilər sentyabr ayının 18-də Xocalıya ilk dəfə hücum etdilər. Xocalını ermənilərdən qorumaq üçün Xocalının kişiləri və oğlanları gecədən-səhərə kimi keşik çəkirdilər. İmani Ağayar 3 oğlu ilə birlikdə keşik çəkənlərin arasında idi. Ağayar kişi cavanlardan da məsuliyyətli, ayıq və sayıq idi. Axı o, həyatın bütün çətinliklərini görmüşdür. Vətən torpağının hər qarışının necə qiyəmtli, əziz və doğma olduğunu bilirdi. 1989-cu ildə Cənubi Azərbaycandan Şah İsmayıl Xətainin vətəni olan Ərdəbil şəhərindən uzun illərdən bəri qardaş və bacılarının ölüb-qalmalarından xəbərsiz olan İmani Ağayara qardaş və bacılarndan xəbər gəldi. Ağayarı İrana görüşə dəvət edirdilər. O, doğma ana yurdu, Cənubi Azərbaycanı, Ərdəbili görmək və əzizləri ilə görüşmək üçün həsrətə son qoymaq üçün doğma ana Vətəninə getdi. Ağayar İranda çox qala bilmədi. Çünki onun ömür-gün yoldaşı Suqra, övladları və ona doğma olan Xocalı erməni quldarlarının əhatəsində idi. Xocalı təhlükədə idi. O, Ağdamda məskunlaşan qızı Elmiranm evinə gəlib, orada çox qalmayıb sonuncu vertalyot ilə Xocalıya qayıtdı. O zaman Xocalının ağır günləri idi. Xocalı mühasirədə idi. Maşın yolları hər tərəfdən kəsilmişdi. Yalnız təkcə vertalyot ilə gediş-gəliş var idi. Xocalının əhalisi şaxtaya, aclığa, elektriksizliyə mətanətlə, əzmkarlıqla gecə-gündüz başlarına yağdırılan güllələrə baxmayaraq ümidlə dözərək yaşayırdılar. 1992-ci ilin fevral ayının 25-dən 26-na keçən gecə Xocalı soyqırımı Xocalı faciəsində ata İmani Ağayar Salman oğlu, oğul İmani Malik Ağayar oğlu və gəlini Əliyeva Sona Bəhlul qızı digər xocalılar kimi erməni qaniçən quldurları, faşistləri tərəfindən əzab-əziyyət və işgəncə ilə qətlə yetirildilər və yandırıldılar. İmani Suqra Adil qızı oğlanları İmani Bakir və Sahib, qızı Məhbub ilə meşələrdən şaxtada, boranda sürünə-sürünə gündüzlər gizlənib, gecələr hərəkət edə-edə, üst-başları cürüq-cürüq, ayaqyalın, başıaçıq yaralı halda 10 gündən sonra Ağdamda məskunlaşan qızı İmani Elmiranın evinə yaralı halda çatdılar. Bir aya qədər Ağdam xəstəxanasında müalicə olundular. Sonradan Bakı şəhərinə, Suraxanı qəsəbəsində məcburi qaçqın və köçkün evlərində məskunlaşdılar. Bütün bu dərdlərə, əzab-əziyyətlərə tab gətirə blməyən İmani Bakir Ağayar oğiu 1994-cü ilin yanvar ayının 1-də ürəyi əbədi dayandı. Xocalı soyqırımını, ailənin dəhşətli faciəsini gözləri ilə görən İmani Ağayarın ömür-gün yoldaşı İmani Suqra Adil qızının 1996-cı ilin mart ayının 15-də ürəyi qəflətən partladı. Dünyasını dəyişib əbədiyyətə qovuşdu. Suqra xanımın ruhu ömür-gün yoldaşının, gəlininin, oğlanlarının və qızının ruhuna qovuşdu. Hal-hazırda İmani Ağayar Salman oğlunun Ağdamda İmani Elmira adlı qızı yaşayır, ailəlidir, 4 uşağı var. İmani Sahib Suraxanı qəsəbəsində yaşayır, evlidir, 2 uşağı var. Qızı İmani Məhbub Suraxanı qəsəbəsində yaşayır, ailəlidir. Xocalı şəhidi İmani Ağayar Salman oğlu qoy sənin ruhun rahat olsun, xocalıların qanı, ah-naləsi yerdə qalmayacaq. Erməni quldurlarından qisas alınacaq. Digər sağ qalan xocalılar kimi sənin 3 övladın, 6 nəvən yaşayırlar. Xocalı soyqırımı, Xocalı faciəsini həkim-müxbir, operator Çingiz Mustafayev və orada olan polkovnik-leytenant Azərbaycanın ilk operatoru olan, Qarabağ müharibəsi əlili Seyidağa Mövsümlü tərəfındən lentə alınmışdır. Həmin faciə türk, rus, alman, fars, ərəb və ingilis dillərinə tərcümə edilib, bütün dünyaya yayılıb, sərgilər və şəkillərdə göstərilib. Təəssüllər olsun ki, Xocalı soyqırımı bugünədək öz siyasi qiymətini almayıb. Neçə gündür ki, evdə oturub bədbəxt insan taleləri ilə üz-üzə dayanmışam. Xocalı soyqırımının ağrısından əzab çəkirəm. Ətrafımı tənhalıq bürüyüb. İnsanların qəm dəftərini vərəqlədikcə ürəyimə ağır dərd selləri axıb dolur. Göz yaşımın acılığından qəlbim parçalanır. Sizin bədbəxt taleyinizi ağ kağız üzərinə köçürürəm. Azərbaycanın paytaxtı Bakı şəhərində Xocalı prospektində bir Ana heykəli ucalır. Ana balasını əlləri üstündə tutub göylərə, Allaha fəryad edir. Ana insanların üzünə də baxmır. O, Xocalıda qətlə yetirilmiş vəhşicəsinə öldürülmüş, süngü ilə deşilmiş balasını yuxarı qaldırıb Allaha göstərir. Bala dərdi onu yandırıb fəryadını göylərə ucaldır. Ağlamağa yaylığı, nalə çəkməyə dili, saçlarını yolmağa əli yoxdur. Göz yaşı quruyan, diri-diri ürəyi dayanan, qolu quruyan Ana heykəlidir. Bu heykəl Xocalıda qəddar erməni quldurlarının işgəncə ilə qətlə yetirilmiş 106 anadan biridir. Bu ana bir gecədə 613 şəhid verən Xocalı sakinidir. Elə bil ki, həlak olmuş balasını başının üzərinə qaldırıb deyir: «Allah, bu dərdə dözə bilmirəm. Bu zülmü yerdə qoyma». Xocalının xarabalığında erməni quldurlarının əzab-əziyyət, zülm və işgəncə ilə qətlə yetirdikbri 63 uşağın, 70 qocanın, 106 ananın, 613 şəhidin ruhları buraya dolanır. Əsirlikdə inləyən 155 Xocalının naləsi beyinə işləyir. Bu Ana heykəlinin yanında soyuq daşın ətafında əllərində qərənfıllər olan 3 gənc, bir oğlan və 2 qız, onların yanında isə 6 uşaq dayanır. Onlar hər gün Ana heykəlini ziyarətə gəlir və qərənfilləri heykəlin önünə qoyurlar. Onlar Xocalı faciəsindən sağ qalan Xocalı uşaqlarından biridir. TOFİQ HƏSƏNZADƏ, İranlı Mühacirlər Cəmiyyətinin Gənclər təşkilatının sədri. Geri dön |