Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Siyasət > İranın nə vaxt vurulacağı məsələsi günümüzün əsas siyasi tapmacalarındandır
İranın nə vaxt vurulacağı məsələsi günümüzün əsas siyasi tapmacalarındandır |
İranın nə vaxt vurulacağı məsələsi günümüzün əsas siyasi tapmacalarındandır.10 ildən artıqdır ki,” İslam” Respublikasına qarşı bu və ya başqa şəkildə hərbi əməliyyatlara başlanılıcağı haqda mülahizələr yürüdülməkdədir.ABŞ-ın müdafiə naziri Leon Panetta İsrailin İrana hücum edəcəyi ehtimalından ehtiyatlandığını deyib.
Teleqraf.az «İTAR-TASS»-a istinadən xəbər verir ki, Pentaqonun başçısı Brüsselə səfəri zamanı deyib: «İsrail belə bir variantı (seçənək) nəzərdən keçirdiyini, biz isə ehtiyatlandığımızı bildirdik». «Vaşinqton Post» qəzetinin məlumatına əsasən, Pentaqon İsrailin gərəkən qərar qəbul etməsinə özü şərait yaradır və «çox böyük ehtimalla bu ilin aprelində İsrail İrana həmlə edəcək». Nazir isə bu məlumatı şəhrdən imtina edib. İsrailin müdafiə naziri Ehud Barak isə beynəlxalq təhlükəsizlik konfransında çıxışı zamanı deyib ki, əgər sanksiyalar (təhrim) səmərə verməzsə, o halda İrana qarşı hərbi əməliyyatlara başlmaq məsələsini nəzərdən keçirəcəklər. «Beynəlxalq ictimaiyyət əmindir ki, İranın nüvə proqramını dayandırmaq lazımdır. Bunun üçün də bütün variantlar massa üzərindədir. Əgər sanksiyalar İranın atom proqramını dayandırmazsa, o zaman bu aksiyanın keçirilməsinə baxılmalıdır»-deyə, yəhudi nazir deyib. İsrail baş nazirin strateji məsələlər üzrə müavini Moşe Yaalon da oxşar çıxış edib: «İranın nüvə obyektlərinə (təsisat) zərbə endirmək mümkündür. Biz insanlar tərəfindən yaradılmış bütün sədlər və maneləri keçə bilərik.Qərbin İrana hücum etmək imkanları var. Ancaq Tehran hələ də onları bu yöndə qərarlı olacağını əmin deyil. Odur ki, məsələni manipulyasiya (dəstkari) etməkdədir». İsrail hərbi kəşfiyyatının başçısı Əviv Koxavi isə İranın 4 ton zənginləşdirilmiş materiala və 20 faiz zənginləşdirilmiş 100 kq urana malik, bununsa 4 atom bombasına yetərli olduğunu bildirib. Bu çıxışların nə dərəcədə gerçəkləşəcəyini yalnız ehtimal etmək olar. Çünki hələ 2004-cü ilin aprelində də İranın nüvə obyektlərinə nöqtəvi zərbələrin endiriləcəyi haqda rəsmi və qeyri-rəsmi şəxslər bəyanatlar verirdi. Ancaq bu tarixin üstündən 8 il ötüb. Orta Şərqdəki qarışıqlıq, Avropada maliyyə -iqtisadi böhran şəraitində İrana qarşı hərbi əməliyyatların başlayacağı o dərəcədə inandırıcı görünmür.Əvvəla Avropa Birliyi İran neftindən imtina aksiyasının iyuldan (July) sonra başlayacaq. Bu həm də Tehran hakimiyyətinə 6 aylıq möhlətdir. İsrail və ABŞ (Amerika Birləşmiş Ştatları) isə Avropadakı müttəfiqləri iştirak etmədən belə bir aksiyaya çətin başlasınlar. İrana qarşı hərbi əməliyyatların başlayacağı etimahlını təsdiqləyən amillərdə az deyil. Son aylar ABŞ, Britaniya və Fransanın Kəngər körfəzinə əlavə hərbi qüvvə və texnika yeritməsi, bölgədə hərbi manevrlərə hazırlığın başlaycağı bu mülahizələrə təsdiqləyir. Bundan başqa Orta Şərqdə ötən ilki dəyişikliklərdən sonra hələ qarışlıqlığın davam tetməsin də Tehran hakimiyyətinin rolu da istisna edilmir. Bu baxımdan bölgədə qarışıqlıq yaradacaq qüvvələrdən başlıcasını sıradan çıxarmaqla Afrikanın Şimalında müəyyən sabitliyə nail olmaq istəyini də gərək nəzərdən qaçırmayaq. Bütün bu sadalananlara və sadalanmayan amillərə baxmayaraq, İranın azından 6 ay möhləti var. Bu il həm də ABŞ-da prezident seçkisi keçiriləcək. Onda vəziyyət daha da aydınlaşar. Deməli, bu möhlətə daha 6 ay da əlavə edilə bilər. Rəsmilərin bəyanatlarına gəlincə. Onlar bu sayaq çıxışları ilə həm də beynəlxalq ictimaiyyətin rəyini nə vaxtsa başlayacaq hərbi əməliyyatlara hazırlayırlar.Odur ki, indiki şəraidə İranın danışıqlara başlaması və iddialarından əl çəkməsi üçün bir ilə yaxın müdəti var. Rəsmi Tehran bunu dəyərləndirsə, o zaman bölgə yeni savaş ocağından qurtular. İslam Respublikasının (Cümhuriyyətinin) rəhbərliyi hikkə və iddaisından vaz keçəcəkmi? Hər halda baş verənlər göstərir ki, keçsə daha yaxşı olar... Sədrəddin Soltan Geri dön |