Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Güney Azərbaycan Xəbərləri
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm > Güney Azərbaycan Xəbərləri

Güney Azərbaycan Xəbərləri


Azərbaycanlı fəalın məhkəmə iclası keçirilib


Güney Azərbaycan Xəbərləri





Azərbaycanlı milli-mədəni fəal Mehdi Deyhəminin (Güntay) məhkəmə iclası keçirilib.Deyhəminin məhkəmə iclası bazar günü (yekşənbə günü) Mahabadın (Soyuq Bulaq) inqilab məhkəməsinin 1-ci şöbəsində keçirilsədə xəbər yeni yayılıb.O, sistemin əleyhinə təbliğdə günahlandırılıb.Qeyd edək ki, Deyhəmi 2011-ci il avqust ayında (1390-cı il şəhrivər ayı) Urmu Gölü ilə bağlı keçirilən kütləvi etirazlar ərəfəsində Qoşaçayın (Miyandoab) Çaharbürc qəsəbəsində ETTELAAT (İran Kəşfiyyat Nazirliyi) məmurları tərəfindən tutuqlanıb, 8 gün ağır şəraitdə saxlanıldıqdan sonra mülki vəsiqə qarşılığında azadlığa buraxılmışdır.



Təbrizdə 1945-1946-cı illərdə təsis edilmiş “Azərbaycan” Müəllimlər Universitetinin adı dəyişdirildi

Güney Azərbaycan Xəbərləri




Bundan sonra bu təhsil müəssisəsi Şəhid Mədəni Universiteti adlandırılacaq.
Azərbaycan Müəllimlər Universitetinin İdarə Heyəti bu məsələ ilə bağlı bəyanat yayıb. Bəyanatda qeyd olunub ki, bu il 1979-cu il İslam inqilabının ildönümü münasibətilə ali təhsil müəssisəsinin adı dəyişdirilir və universitetin rəhbərliyi, müəllim və tələbə heyəti bundan fəxr hissi keçirirlər.
Qeyd edək ki, Azərbaycan Müəllimlər Universiteti Təbrizdə fəaliyyət göstərən əsas ali təhsil müəssisələrindən biridir. 1945-1946-cı illərdə qurulmuş Azərbaycan Milli Hökumətinin başçısı Seyid Cəfər Pişəvərinin sərəncamı ilə təsis edilən universitet 1945-ci ildən fəaliyyət göstərir.



İrandan qızıl məmulatları və xarici valyutanın çıxarılması qadağan edilib



Güney Azərbaycan Xəbərləri





İranın Mərkəzi Bankı ölkədən qızıl məmulatları və xarici valyutanın çıxarılmasına qadağa qoyub.Bu addım ölkədə qızıl və xarici valyutanın bahalaşmasının qarşısını almaq üçün atılıb.

Hazırda hər bir bir vətəndaş ölkədən özü ilə yalnız 150 qram qızıl və 5 min dollar və ya avro apara bilər. Artıq qızıl və ya pul aparmaq istəyənlər buna icazəsi olduğuna dair müvafiq sənəd təqdim etməlidirlər. Məlumatı İran Gömrük İdarəsi də təsdiqləyib.



İranda “Rüzgar” qəzetinin nəşri qadağan edilib


Güney Azərbaycan Xəbərləri



Mətbu orqanın nəşrinə Tehran şəhər prokurorluğunun qərarı ilə bir ay müddətinə qadağa qoyulub. Buna səbəb qəzetin fevralın 5-də İran hökumətinə müxalif olan Məhəmmədrza Xatəminin müsahibəsini və İran Məsləhət Şurasının sədri, ölkənin sabiq prezidenti Əliəkbər Haşimi Rəfsəncaninin etiraz məktubunu dərc etməsidir.

Qeyd edək ki, ötən il sentyabrın 5-də də “Rüzgar” qəzetinin nəşrinə iki ay qadağa qoyulmuşdu.


İranda gənc müxalif bloqçu Mehdi Xəzəli 14 il həbsə məhkum edilib.



Güney Azərbaycan Xəbərləri




İran Üləmalar Məclisinin iqtidaryönlü üzvü ayətullah Əbülqasım Xəzəlinin oğlu, gənc müxalif bloqçu Mehdi Xəzəli 14 il həbsə məhkum edilib.
Kəşfiyyat Nazirliyinin (ETTELAAT) əməkdaşları Mehdi Xəzəlini yanvarın 9-da iş yerindən çıxarkən tutub. Məhbəsdə 27 gün aclıq aksiyası keçirdiyinə görə mədəsində qanaxma əmələ gələn bloqçu bir neçə gün əvvəl xəstəxanaya yerləşdirilmişdi.
Tehran məhkəməsi Mehdi Xəzəlini bloqunda hakimiyyətə qarşı yazılar yaymaqda, hakimiyyətə qarşı təbliğatda və qanunsuz silah saxlamaqda günahlandıraraq 14 il həbsə, 10 il sürgünə və 90 şallaq zərbəsinə məhkum edib. Məhkəmənin qərarı ilə Mehdi Xəzəli həbs müddətini İranın Borazcan şəhərinin zindanında, sürgün müddətini isə elə həmin şəhərdə keçirməlidir.
Mehdi Xəzəlinin vəkili Məhəmmədhüseyn Ağası jurnalistlərə açıqlamasında hökmdən apellyasiya şikayəti verəcəklərini bəyan edib. Xəzəlinin xanımı isə “Azadlıq” radiosunun fars redaksiyasına belə deyib: “Yoldaşımı əl-qolu şişib göyərmiş, dişləri sındırılmış şəkildə məhkəməyə gətirdilər. Onlar məni yoldaşımın məhkəməsinə buraxmadılar”.
Hakimiyyəti və hökumət başçısı Mahmud Əhmədinejadı tənqid etdiyinə görə bir neçə dəfə həbsə salınan Mehdi Xəzəli 2011-ci ilin noyabr ayında da İranın dini lideri ayətullah Əli Xamneyiyə məktub yazaraq onu ətrafındakı yaltaqları özündən uzaqlaşdırmağa və cəmiyyətdəki reallıqlarla bitərəf mənbələrin vasitəsilə tanış olmağa çağırmışdı.


BBC-nin Fars redaksiyası irandan təziqlərin artığını bildirir


Güney Azərbaycan Xəbərləri




BBC-nin fars redaksiyasının rəhbəri Sadıq Səba jurnalistlərə açıqlamasında qurumun iranlı işçilərinin İrandakı ailə üzvlərinə təhdid və təzyiqlərin kəskin şəkildə artığını bildirib.
Sadıq Səba deyib ki, ETTELAAT əməkdaşları son həftələrdə bir sıra BBC əməkdaşlarının ailə üzvlərini tutub həbsə salmaqla BBC-nin iranlı işçilərinə təzyiq göstərməyə çalışıblar: “Bu, qeyri-insani bir hərəkətdir və biz bunu kəskin pisləyirik. BBC rəsmiləri hazırda İranın təzyiqlərinə necə reaksiya verilməsini müəyyənləşdirmək üçün hüquqşünaslarla məşvərət aparır. Hesab edirik ki, İranın bu təzyiqlərinin qarşısı alınmasa və təzyiqlər pislənməsə, təhdidə məruz qalanların sayı arta bilər”.
Sadıq Səba beynəlxalq təşkilatlardan İranın bu hərəkətinin pislənməsini istəyib: “Əvvəllər də dediyimiz kimi BBC-nin İranda heç bir həmkarı yoxdur. Əgər İran təhlükəsizlik qüvvələri kimlərisə tutub onlardan guya BBC-nin əməkdaşı olması ilə bağlı etiraflar alsa, indidən bildiririk ki, bu kimi üzdəniraq etiraflar əsassız və yalandır”.




Tehranda “Traxtur” tərəfdarları milli şüarlar səsləndiriblər


Güney Azərbaycan Xəbərləri



Tehranın Təxti stadionunda Təbrizin “Traxtur” takımı ilə Tehranın “Neft” takımı arasında 04.02.2012-ci il tarixində futbol müsabiqəsi keçirildi.(1 – 1) bərabər hesabla yekunlaşan müsabiqədə ən azı 10000 nəfər “Traxtur” tərəfdarı tamaşaçılar qismində iştirak edib. Soydaşlarımız “Traxtur”un baş məşqçisini “Əmir Paşa” deyə gurultulu səslə alqışlayıblar.Soydaşlarımız müsabiqə bitdikdən sonra stadionu tərk edib və Tehran metrosunda olduqca maraqlı milli şüarlar səsləndiriblər.



Iran Zəfər adlı raketin istehsalına başlayıb


Güney Azərbaycan Xəbərləri




İran Müdafiə Naziri General Əhməd Vahidinin qatıldığı mərasimdə Zəfər dəniz raketlərinin ardıcıl istehsalı rəsmi olaraq başladı.İran havacılıq və Sənayi qurumunda təşkil edilən mərasimə Müdafiə Naziri General Vahidi də qatıldı ,və beləliklə Cruise ailəsindən olan Zəfər raketlərinin ardıcıl istehsalına başladıldı.Mərasimdə danışan Vahidi, bundan əvvəl söz verdikləri kimi qısa mənzilli radar ilə idarə olunan Zəfər raketlərinin ardıcıl istehsalına başlandığını qeyd etdi.Zəfər raketinin xüsusiyyətlərini bəyan edən Vahidi, raketin yüzdə yüz yerli və İranlı gənc mütəxəssislər tərəfindən hazırlanıb çıxarıldığını vurğuladı.Savaş qorxusuyla yaşayan İran, son günlərdə ard ardına manevralar edir və yeni silahlarin emalatından danışır.
İran İnqilab Gözətçilərindən (Bəsici) Manevra


İran İnqilab Gözətçiləri ölkənin cənubunda manevraya başladıqlarını bildirildi


Güney Azərbaycan Xəbərləri




Fars Xəbər Agentliyi, İnqilab Gözətçilərin yer qüvvələri bu gün səhər ölkənin cənubunda böyük bir manevra başlatdıqlarını açıqladı.Ölkənin şərqində, ötən ay keçirilən manevralar ardı olaraq keçirilən manevrada, yeni mühimmat və silahların ilk dəfə istifadə ediləcəyi ifadə edildi.Manevranın məqsədi, ordunun hazırlıq gücünü artırmaq və təhdidlərə qarşı olduğu söylənildi.Manevra, düşmənə aid məlumatları toplama və hər növ mühitdə əməliyyat edə bilmə kimi qabiliyyətləri sınamaq üçün keçirilir.İnqilab Gözətçilərin Dəniz Qüvvələrinin də bu ay içində Basra Körfəzi və ətrafında manevra keçirmələri gözlənilir.

Geri dön