Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Sağlıq > Ağıllı telefonlar uşaqlarda boyun əyriliyinə səbəb olur
Ağıllı telefonlar uşaqlarda boyun əyriliyinə səbəb olur |
Telefondan istifadə edərkən əyilən boyun bədən tarazlığını pozaraq müxtəlif narahatlığa və psixoloji problemlərə səbəb olur. “Hürriyyət” qəzetinin verdiyi məlumata görə, bu qənaətə ABŞ-ın “Bodystance” sağlamlıq mərkəzinin qurucusu fizioterapevt Stiv Auqust gəlib.
Onun sözlərinə görə, mobil telefon və tabletdən istifadə edən uşaqlar başını 60 dərəcə əyir: “Bir insanın başı orta hesabla 5,5 kiloqramdır, ağıllı telefondan istifadə edərkən isə 27 kiloqramlıq ağırlıq boyuna təzyiq edir". Fizioterapevt qeyd edib ki, əvvəllər yalnız yaşlılar boyun narahatlığından şikayət edirdisə, indi uşaqlar da bu problemdən əziyyət çəkirlər: “Qozbel və boynunu əyən uşaqlar böyüdükcə özlərinə inamlarını itirirlər”. Geri dön |