Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Azərbaycan gimnastı Rio Olimpiadasında yeni proqramla çıxış edəcək
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, İdman > Azərbaycan gimnastı Rio Olimpiadasında yeni proqramla çıxış edəcək

Azərbaycan gimnastı Rio Olimpiadasında yeni proqramla çıxış edəcək


Azərbaycan gimnastı Marina Durunda 2016-cı il Olimpiya Oyunlarında tamamilə yeni proqramla çıxış edəcək. Bunu jurnalistlərə bədii gimnastika üzrə Azərbaycan yığma komandasının baş məşqçisi Marina Vasileva deyib. O bildirib: “Ştutqartdakı dünya çempionatından sonra bütün 4 tapşırığı dəyişdik və tamamilə yeni proqram hazırladıq. Həmçinin, qrup komandasının tərkibi dəyişdi. Heyətə Ayşən Bayramova və Zeynəb Celep daxil edildi”.

Start götürmüş bədii gimnastika üzrə 22-ci Azərbaycan Birinciliyi və Bölgələrarası Kubok yarışlarını şərh edən M.Vasileva qeyd edib ki, turnir çox yüksək səviyyədə təşkil edilib: “Turnir dünya və Avropa çempionatları səviyyəsində təşkil edilib. Qeyd etmək istəyirəm ki, bu il yarışlarda record sayda gimnast iştirak edir – 17 idman cəmiyyəti və klubundan 160 nəfər. Üstəlik ilk dəfə olaraq Azərbaycan gimnastika tarixində 9 regionun nümayəndələri yarışlarda iştirak edir. Birincilik çərçivəsində 32 gimnastın mübarizə aparacağı Bölgələrarası Kubok da oynanılacaq”.

Baş məşqçinin sözlərinə görə, Azərbaycanda gimnastikanın səviyyəsi ildən-ilə artır və ötən il bədii gimnastika üçün kifayət qədər uğurlu oldu: “Marina Durunda il ərzində bizi nəticələri ilə sevindirdi. Onun Avropa Oyunlarındakı çıxışını, Minskdə Avropa çempionatında gümüş medalını və gimnastika növləri arasında Rio-de-Janeyro Olimpiadasına qazandığı ilk lisenziyasını qeyd etməliyik. Minskdə Avropa çempionatında çox gözəl çıxış edən yeniyetmə komandamızı da qeyd etmək istəyirəm, lakin komandamız dördüncü yeri tutaraq medal qazana bilmədi. Komanda bəlkə də tamaşaçıların yaddaşında ən orijinal qrup hərəkəti ilə yadda qaldı”.

Geri dön