Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Azərbaycanda yeni məhkəmələrin yaradılması təklif edilir
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Hüquq > Azərbaycanda yeni məhkəmələrin yaradılması təklif edilir

Azərbaycanda yeni məhkəmələrin yaradılması təklif edilir


Azərbaycanda ailə məhkəməsi strukturunun tətbiq edilməsi təklif edilir.

Bu təkliflə çıxış edən Milli Məclisin deputatı Məlahət İbrahimqızı bildirib ki, dünya ölkələrində, o cümlədən Türkiyədə bu struktur tətbiq edilir və çox səmərəli nəticələr əldə edilib.

M.İbrahimqızı hesab edir ki, bu məhkəmə strukturu Azərbaycanda boşanmaların sayının azaldılmasına və ailədaxili münaqişələrin həllinə müsbət təsir göstərə bilər: "Digər ölkələrin ailə məhkəmələrinin strukturu ilə tanış olmuşam. Ailə məhkəmələrinin tərkibində psixoloq, tərbiyəçi, hüquqşünas, sosial məsələlərlə bağlı ekspertlər var. Yəni, ailədə hər hansı münaqişə, mübahisə olan kimi boşanma haqqında qərar verilmir. Ailə məhkəməsinin tərkibində olan işçilər tərəflərlə ayrı-ayrılıqda da, birgə də söhbətlər edirlər, problemlərin həlli yollarını araşdırırlar və maksimum dərəcədə ailənin dağılmasının qarşısını almağa çalışırlar”.

M.İbrahimqızı bildirib ki, ailə məhkəməsi strukturunun Azərbaycanda tətbiq edilməsi üçün araşdırmaların aparılmasına, qanunvericiliyə dəyişikliklərin edilməsinə ehtiyac var.

Qeyd edək ki, digər ölkələrin təcrübəsinə əsasən, ailə daxili məsələlərlə bağlı bütün işlərə baxmaq hüququ var. Ailə məhkəməsinin tərkibinə ailə məsələləri ilə bağlı ixtisaslaşmış mütəxəssislər daxil edilir.

Geri dön