Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, İqtisadiyyat > Ekspert: Azərbaycanın üzən məzənnəyə keçidi məcburi addımdır
Ekspert: Azərbaycanın üzən məzənnəyə keçidi məcburi addımdır |
Azərbaycanın üzən məzənnəyə keçidi məcburi addımdır. Bu, dünyanın valyuta bazarındakı proseslərlə izah edilir. Hazırda gördüyümüz manatın real qiymətidir. Bunu İqtisad elmlər namizədi, iqtisadçı ekspert Oqtay Haqverdiyev Trend-ə bildirib.
Onun sözlərinə görə, Azərbaycan Mərkəzi Bankının (AMB) indiki addımını manatın real qiymətinə doğru dönüşü olmayan hərəkətin başlanğıcı kimi qiymətləndirmək olar: "Güman edirəm ki, dolların bahalaşması prosesi 2016-cı il ərzində səlis davam edəcək. Ekspert qiymətləndirmələrimə əsasən, dolların real qiyməti 3-5 manat arası təşkil edə bilər". Ekspert AMB-nin bu addımını məcburi addım adlandırıb: "Dünya valyuta bazarında baş verən proseslər olmasaydı, heç nəyi dəyişməyə ehtiyac yaranmayacaqdı. Lakin Azərbaycan xarici ticarəti dollarda apardığına görə bu addım məcburidir". O.Haqverdiyev qeyd edib ki, indi Azərbaycan qarşısında qeyri-neft sektorunu inkişaf etdirmək vəzifəsi dayanır. Geri dön |