Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Səhiyyə Nazirliyi: Qiymət artımı ilə bağlı hansısa dərmanın satışına məhdudiyyət qoyula bilər
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Sağlıq > Səhiyyə Nazirliyi: Qiymət artımı ilə bağlı hansısa dərmanın satışına məhdudiyyət qoyula bilər

Səhiyyə Nazirliyi: Qiymət artımı ilə bağlı hansısa dərmanın satışına məhdudiyyət qoyula bilər


“Ola bilər ki, qiymət artımı ilə bağlı hansısa dərmanın satışına məhdudiyyət qoyulsun. Ancaq Səhiyyə Nazirliyi İqtisadiyyat və Sənaye Nazirliyi ilə birlikdə çalışır ki, dərman bazarında qıtlıq müşahidə edilməsin və hər hansı dərmanın satışı dayandırılmasın”.

Bunu jurnalistlərə açıqlamasında səhiyyə nazirinin müavini Elsevər Ağayev deyib.

E.Ağayev bildirib ki, xəstəxanalar dərmanlara olan təlabatlarını ödəmək üçün ilin əvvəlində və ortasında tədarük görüblər: “Ona görə də dövlət xəstəxanalarında heç bir problem yoxdur. Xidmətlərlə bağlı da narahatlıq yoxdur, çünki dövlət xəstəxanalarında bütün xidmətlər pulsuzdur. Özəl tibb müəssisələri isə qanunvericiliyə uyğun şəkildə fəaliyyət göstərirlər. Yəni onlar ixracdan asılı iş görmürlər. Yalnız gətirdikləri ləvazimatların qiymətində dəyişiklik olarsa, öz xidmət haqlarına yəqin ki, yenidən baxacaqlar”.

Geri dön